Sizin Reklam Burada
Xəbər lenti
08 may
BÜTÜN XƏBƏRLƏR

Bu, təzədən köçkün ömrü yaşamaq deməkdi - Namiq Dəlidağlı

Tarix: 05-02-2021 17:14     Baxış: 1839 A- / A+
Bu, təzədən köçkün ömrü yaşamaq deməkdi

Son günlər rəsmi və qeyri-rəsmi dairələrdə azad edilmiş yurd yerlərimizin necə bərpa edilməsi ilə bağlı müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.

Sözsüz ki, bu hazırda qarşıda duran ən prioritet məsələdi. Ancaq səsləndirilən fikirlər içində şəxsən bir vətəndaş olaraq məni qane etməyən, gələcəkdə reallaşma təhlükəsi mümkün olan məqamlar var. Bu, əsasən bir neçə kəndin birləşdirilməsi və yaxud bir neçə kəndin tikiləcək eyni qəsəbəyə yerləşdirilməsidi. Bu ilk baxışda məqbul sayılsa da, bütün infrastrukturun yaradılması üçün əlverişli olsa da, həm də dədə-baba yurdundan, doğma ocaqdan ayrılmaqdı. 30 ilə yaxın həsrətlə gözlədiyimiz doğma ocağa yarımçıq qayıtmaqdı. Uzaq tarixi, müəyyən qədər fərqli adət-ənənəsi olan kəndləri bir əraziyə toplamağı, hamını bir "dinə" qulluq etmək prinsipi ilə üz-üzə qoymağı məqbul saymıram. Hər kəsin öz kəndi, öz dam-daşı ona daha doğmadı. Uçuq evinin kalafası kənar bir yerdə salınacaq üstün şəraitdən yaxşıdı. Heç kim razı olmaz ki, divarları arasında ulularının ruhu dolaşan, hər damına-daşına uşaqlığının, gəncliyinin iyi-qoxu hopan evini dəyişsin. Məlumdur ki, yurd-yuvasına əsasən orta nəslin nümayəndələri - ordan çıxanda 20-40 yaşı olanlar qayıdacaq. Çünki ən çox o yerlərin həsrətini həmin kəsim çəkir, ora qayıtmaq arzusundadı. Və sözsüz ki, həmin vətəndaşların hamıs öz evinə, dağılmış olsa da, öz ocağına, lap elə ocaq yerinə dönmək arzusunda və istəyindədi.
Bakıda kabinetdə oturub bu arzu və istəklə yaşayan vətəndaşlarımızın iradəsinə zidd olaraq kağıza bir qol çəkməklə qərar vermək olmaz. Taleyin ağır sınaqlarından çıxmış, cəmiyyətin ən kövrək kəsimi olan məcburi köçkünlərimizin bu işdə fikri mütləq nəzərə alınmalıdı. Vətəndaş həmişə söz sahibidi. Əsgərin, onun Ali Baş Komandanının torpaqlarımızı işğaldan azad etmək vəzifə borcudu. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik. Bu müqəddəs amal uğrunda zəməti keçən hər kəsə təşəkkürümüzü bildiririk. Ancaq vətəndaşa heç vaxt tənə və minnət edilməməli, əşya kimi yanaşılmamalıdı. Hər bir vətəndaşın söz demək, fikir yürütmək haqqı var. O cümlədən də məcburi köçkünlərin. Sözsüz ki, biz azad edilən torpaqlarımıza dönəcəyik, bu, bizim arzumuz və borcumuzdu. Bu barədə ağzıgöyçəklərin mühakimələri yersizdi.
***
Dədə-baba yurduna dönəcək insanlarımız vaxtilə həyatının ən böyük travmasını alıb. Neçə illərdi ki, onlar həm yurd həsrətilə qovrulur, həm də qayğılar girdabında boğulur. Bir sözlə, itirdikləri qazandıqlarından qat-qat çoxdu. Ən ağır və dözülməz məhrumiyyətlərə tuş gəlib, çox çətin və məşəqqətli günlər yaşayıblar. Evindən ayrılanda bir çay qaşığı götürə bilməyən insanlarımız illərdi dişlə, dırnaqla ev-eşik qurub. Üstəlik, məmur həyasızlığı və özbaşınalığı da min bir qayğının, problemin, dərdin altında əzilən köçkünlərin əsəblərini tarıma çəkib, gərginliklərini artırıb.
Deməyim odur ki, qaçqınlıq, məcburi köçkünlük heç də bəzilərinin düşündüyü kimi xoşbəxtlik, xoş günlük, kef çəkmək deyil. Yurdu yağmalanana, evi dağılana həsəd aparmaq, bir çox hallalda isə "torpağını qoyub qaçmayaydın" kimi sərsəm sözlər işlətmək cahillik və nadanlıqdı.

***
Bütün bölgələrimizin hər künc-bucağı bizə müqəddəsdi. Ancaq hər kəsin öz evi, qara damı ona daha doğmadı. Yüz illərdi o kəndlər, kəsəklər binə olub, yurd salınıb. Bir neçə kəndi birləşdirmək, qəsəbə salmaq tarixi saxtalaşdırmaqdı. Biz öz evimizi, kəndimizi abadlaşdırıb, bərpa etməliyik. Düşmənin üçurduğu evlər bizə göz dağı kimi qalmamalıdı... Bütün kəndlərin öz yerində qalmasının, bərpasının sadaladığım və sadalamadığımın çox böyük əhəmiyyəti var. Bunu mütləq nəzərə almaq lazımdı. Eyni "boy-buxunda" tikilən evlərdə təzədən gedib yaşamaq mümkün olmaz! Bu, təzədən öz yerimizdə köçkün ömrü yaşamaq kimi olar.

Namiq Dəlidağlı

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar