Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov ləğv edilən şirkətlərin ona aid olduğunu etiraf etdi - ŞƏKİL

Tarix: 13-01-2021 18:03     Baxış: 4262 A- / A+
Əli Həsənov ləğv edilən şirkətlərin ona aid olduğunu etiraf etdi - ŞƏKİL


Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоv mətbuatda bağlanması ilə bağlı məlumatlar yayılan bir neçə şirkətin onun ailə üzvlərinə aid olduğunu təsdiqləyib.

Ə.Həsənov bu barədə sosial şəbəkədə paylaşdığı statusunda ona verilən suala cavab olaraq bildirib.

Sabiq şöbə müdiri bağlanan şirkətlərin qohumları və ailə üzvlərinə aid olduğunu etiraf edib.

Qeyd edək ki, Əli Həsənоvun ailəsinə məxsus "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Həmin şirkətlərin ləğv olunması ilə bağlı rəsmi məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetində dərc olunub.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Əli Həsənov ləğv edilən şirkətlərin ona aid olduğunu etiraf etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar