Xəbər lenti
Rayonlara gediş-gəlişə bu qaydayla icazə verilə bilər
Azərbaycanda yoluxanların sayı 4000-ni keçdiyinə görə yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilib. Ona görə də rayonlara gediş-gəliş qadağa olunub. Gündəlik yoluxanların sayı son iki həftədə 3-4 dəfə azalıb, sağalanların sayı isə çoxalıb. Bu azalma dinamikası davam edərsə, yanvarın 18-də koronavirus testindən keçən insanların rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?
Bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Məmmədli bildirib ki, Operativ Qərargah yanvarın 18-nə kimi sərt karantin rejimi ilə bağlı qərar qəbul edib:
"Yeni qərarın qəbul olunması üçün yanvarın 18-nə kimi olan epidemiloji vəziyyət analiz olunmalıdır. Bütün bu fikirlər ümumi səsləndirilən təkliflərdir. Bu kimi idealar söyləniləsə də qərarlar ümumi epidemiloji vəziyyət dəyərləndirildikdən sonra qəbul edilməlidir.
Səhiyyə ilə əlaqəsi olan və olmayanlar da fikirlər səsləndirirlər. Amma bu fikirlərin elmi cəhətdən təsdiqi olmalıdır.Koronavirus testi xəstəliyin ilkin mərhələsində müəyyənləşməsə də, sonradan getdiyi rayonda insanda kliniki əlamətlər ortaya çıxa bilər. Bu baxımdan bu cür qərarın verilməsi risklidir.
Operativ Qərargahın rayonlara gediş-gəlişlə bağlı qərarı yanvarın 18-nə kimi qüvvədədir. Vəziyyət analiz edildikdən sonra qərar qəbul edilə bilər. Gündəlik yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, yanvarın 18-dən sonra yumşalmaların olması gözlənilir. Əlbəttə, epidemiloji vəziyyət düzgün analiz olunduqdan sonra nəticə çıxarıla bilər. Operativ Qərargah qərar verərkən xəstəxanalardakı xəstələrin, gündəlik yoluxanların, sağalanların və ölənlərin sayını analiz etdikdən sonra qərar qəbul edə bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar