Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nikol Əliyevlə yeni sənəd imzalamağa hazırlaşır - Saqatelyan

Tarix: 31-12-2020 15:32     Baxış: 3198 A- / A+
Nikol Əliyevlə yeni sənəd imzalamağa hazırlaşır

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yeni sənəd imzalamaq niyyətindədir.

Bu məlumatı Daşnaksütyun Partiyasının liderlərindən biri olan İşxan Saqatelan paylaşıb. O iddia edib ki, Paşinyan “öz planı”nın 25%-ni reallaşdıra bilər:

“Satqın özünün 6 aylıq planı çərçivəsində Laçının bəzi yaşayış məntəqələrini, Qaraunc ərazisindəki 30 hektar ərazini, Tavuşda bir neçə yaşayış məntəqəsini güzəştə getməyə hazırlaşır. Nikol yaxın zamanlarda şifahi razılaşma əsasında verilən ərazilərin qanuniləşməsi üçün yeni sənəd imzalamağa hazırlaşır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanla Azərbaycanın sərhədinin müəyyən edilməsi istiqamətində işlər davam edir. Ermənistan torpaqlarımızı işğalda saxladığı müddətdə sərhədləri özbaşına irəli çəkməklə, Azərbaycan torpaqlarını, o cümlədən Kəlbəcərin qızıl yatağını istismar edib. Hazırda GMS sistemi vasitəsilə, o cümlədən SSRİ dövrünün xəritələri ilə sərhədlər bərpa edilərkən ermənilərin böyük ölçüdə sərhədlərimizə girdiyi, həmin əraziləri əkib-becərdiyi, hətta ev və obyekt tikdiyi üzə çıxır. Azərbaycan Ordusu sərhədləri bərpa etdikdə isə Ermənistan müxalifəti bunu həyasızcasına “torpaqların hədiyyə edilməsi” kimi qələmə verməyə və daxili siyasi mübarizədə istifadə etməyə çalışır. Halbuki sərhədlərin qanunsuz olaraq irəli çəkildiyini Ermənistan MEA-dakı xəritələrlə erməni alimləri özləri də təsdiqləyirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın 11 yanvarda Moskvada Rusiya lideri Putinin iştirakı ilə görüşəcəyi haqda məlumat yayılıb. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar