Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Unutmayaq- İkinci Qarabağ müharibəsi qazisi Selman Cəbrayılov!

Tarix: 20-12-2020 14:19     Baxış: 3456 A- / A+
Unutmayaq- İkinci Qarabağ müharibəsi qazisi Selman Cəbrayılov!

Əziz oxucular, bildiyimiz kimi ikinci Qarabağ savaşında döyüş yolu gələcək nəsillərə örnək olacaq nümunəvi hərbiçilərimiz az olmadı. Məhz torpaq mücadiləsində, mübarizəsində də bu xalq, bu yurd özünün sabahını, yaşam haqqını onlarda gördü, onlarda tapdı. Bəlkə də bu da taleyin bir hökmü, diktəsi idi...
Bu dəfə o ümid yerlərindən, Vətəndaş təcəssümü olan şəxslərdən biri haqqında- ikinci Qarabağ müharibəsi qazisi Selman Cəbrayılovun keçdiyi şanlı yola səyahət edib, onun barəsində sizlərə məlumat vermək istəyirik.


Selman Qurban oğlu Cəbrayılov 3 fevral 1998-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. Ailənin bir oğul övladı olan yeniyetmə gənc hərbi xidməti müvəffəqiyyətlə başa vurduqdan bir müddət sonra- 1 yanvar 2019-cu ildə SQTTM MAHHXHQ kursuna daxil olmuş, elə həmin ilin mart ayının 13-ü «Kiçik çavuş» hərbi rütbəsi ilə kursu bitirdikdən sonra 15 mart 2019-cu il tarixindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. Selman Cəbrayılov öz işinə məsuliyyət və xüsusi bacarıqla yanaşdığına görə qısa zaman kəsiyində- üç ay sonra, 26 iyun- Silahlı Qüvvələr Günü «Çavuş» hərbi rütbəsi ilə təltif olunmuşdur.
Bu ilin 27 sentyabrından başlayan ikinci Qarabağ müharibəsinə qatılanlar sırasında Selman Cəbrayılov da olmuş, cəbhəboyu ərazilərdəki gedən bir sıra ağır döyüşlərdə iştirak etmiş və oktyabr ayının 9-da günorta saatlarında Xocavənd istiqamətində düşmənin altımış nəfərdən çox şəxsi heyətindən ibarət qrupunun hücumuna məruz qalmışdır. Bu zaman Selman Cəbrayılov altı əsgəri ilə birgə böyük şücaət göstərərək məlum hücumun qarşısını almış, postu ələ keçirtməyə çalışan düşməni geri çəkilməyə məcbur etmişdir. Ancaq həmin döyüş 22 yaşlı Selman Cəbrayılovun sağlamlığından xəsarətsiz ötüşməmişdir. Belə ki, o döyüş zamanı öncə başından güllə yarası almış, yaralı-yaralı bir saat döyüşü davam etdirdikdən sonra yaxınlığına düşən mərminin partlaması nəticəsində ağır yaralanmışdır. Yaralı döyüşçümüz hal-hazırda dövlətin himayəsi çərçivəsində müalicə alır.
Vurğulayaq ki, bu günlərdə əzmkar gəncimiz, qazi Selman Cəbrayılov ölkə rəhbəri İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamı əsasında "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.

Onu da qeyd edək ki, Selman Cəbrayılov xidməti müddətində müxtəlif zamanlarda uğurlu fəaliyyətinə görə general- mayor Mais Bərxudarov tərəfindən də bir neçə dəfə Fəxri fərmana layiq görülmüşdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar