Xəbər lenti
"Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur" -Professor Şahlar ƏSGƏROV
"Qarabağ probleminin həllinin bir yolu da qeyri-standart düşüncədən keçir"

Politoloq Arzu Nağıyev: "Çox hörmətli professorumuz, təhsil eksperti kimi əvəzedilməz fikirlər müəllifi, dostumuz Şahlar Əsgərovla ABŞ Prezidenti cənab Tramp haqqında fikir mübadiləmiz oldu. Hörmətli professorumuz çox düşünülmüş və düşünməyə dəyən filkir söylədi. İstərdim ki, bu dəyərli fikirləri sizinlə də bölüşüm, əziz dostlar."
Manevr.az Ş. Əsgərovun Donald Tramp barədə gəldiyi qənaəti və qısa şərhini oxuculara təqdim edir:
”Son illər çap etdirdiyim kitablarda ən çox güvəndiyim yenilik-kamillik əmsalıdır. Kamillik əmsalı (bəzən onu keyfiyyət əmsalı adlandırmışam) insanın ictimai mənafeinin şəxsi mənafeyə olan nisbətini göstərir. Bu əmsal 0 ilə ∞ (sonsuzluq) arasında dəyişir. Qara daşın kamilliyi sıfırdır, cənab Haqqın kamilliyi isə sonsuzdur. Hacı Zeynalabdin Tağıyevi yadınıza salın. Onun həyatında pul qazanmaqla bərabər, yüzlərlə gəncin xaricdə təhsili, Bakıda ilk qız məktəbinin açılışı var. Onun xeyriyyə fondu olub. Yəni bu əmsal H.Z. Tağıyevdə çox yüksək olubdur. Bu əmsalın işığında Donald Trampın həyatına baxsaq, sevindirici heç nə görünmür. ABŞ-da əhalinin kortəbii narahatçılığına əsas burdadır. Bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq çətindir. Xeyriyyə işləri və ya fondu məncə, yoxdur. Düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur. Amma qeyri-standart düşüncəli insandır. Gələcəkdə qeyri-standart qərarlar çox ola bilər. Qarabağ probleminin həllinin bir yolu da qeyri-standart düşüncədən keçir. Xəyal etmək olar ki, Qarabağ problemini həll etmək, onun ilahi missiyasıdır. Kaş o bunu biləydi və edəydi. Onda ədalətsevər insan kimi yaddaşlarda qalardı.”
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar

Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar