Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərov Vasif Talıbovun bazarını bağladı

Tarix: 11-12-2020 20:35     Baxış: 3380 A- / A+
Kəmaləddin Heydərov Vasif Talıbovun bazarını bağladı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tikinti materiallarının satışı bazarı”nda aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, aşkar edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib tikinti materiallarının satışı bazarında xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinə əsasən, fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun aidiyyəti qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə məsuliyyət daşıdıqları nəzərlərinə çatdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar