Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Neft və milyonlar səltənətində, siz də dövlətlisiz, biz də “dövlətli”" -Yusif HÜSEYN (Şeir)

Tarix: 29-01-2017 18:10     Baxış: 4612 A- / A+
"Neft və milyonlar səltənətində, siz də dövlətlisiz, biz də “dövlətli”"

Manevr.az yurd-yuvası yağı əlində yağmalanan, kəlbəcərli şair Yusif HÜSEYNİN bəzi nazirlərə və deputatlara ünvanladığı "Açıq təşəkkür məktubu"nu oxuculara təqdim edir:

SİZ DƏ TÖHMƏTLİSİZ, BİZ DƏ TÖHMƏTLİ...

Bu xalq yetim qaldı, yetim-sağırdı,
Yollara baxmaqdan gözlər yağırdı.
Qürbətin dərd yükü yaman ağırdı,
Siz də qürbətlisiz, biz də qürbətli..

Guya dədəlilər iş bilən oldu?!
Bəzisi dədəsin öldürən oldu..
Çoxu dədəsinə söydürən oldu..
Siz də töhmətlisiz, biz də töhmətli...

Bir parça çörəyi zülümlə tapdıq...
Görən elə bildi, dünyanı çapdıq..
Siz saray qurdunuz, biz koma yapdıq.
Siz də şöhrətlisiz, biz də şöhrətli..

Sərvətlər sizindi, yataqlar xalqın,
Saraylar sizindi, o dağlar xalqın.
Yaltaqlar sizindi, qınaqlar xalqın...
Siz də sərvətlisiz, biz də sərvətli...

Sən yüzü haqladın, mənsə yetmişi,
Zaman düzəldəcək haqsız gərdişi...
Xalqa gün ağladın, bəxtəvər kişi,
Siz də qeyrətlisiz, biz də qeyrətli?!.

İllərdi işləmir, Yusif çətində,
Dadını unutduq, yağın ətin də...
Neft və milyonlar səltənətində,
Siz də dövlətlisiz, biz də “dövlətli”.

Yusif HÜSEYN,
Xırdalan. 28 yanvar 2017 ci il.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar