Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yoxa çıxan bez parçası - Məğlubiyyətin ŞƏKLİ

Tarix: 22-11-2020 14:57     Baxış: 5180 A- / A+
Yoxa çıxan bez parçası - Məğlubiyyətin ŞƏKLİ


Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.

Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan "ürəklənərək” qondarma "DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

Avqust ayında çəkilmiş bu foto qeyd etdiyimiz bütün amilləri nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edir və fonda Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin bez parçası da asılıb.

Yoxa çıxan bez parçası - Məğlubiyyətin ŞƏKLİ


Bu gün isə Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma "DQR bayrağı” asmağa cəsarət edilmir.

Yoxa çıxan bez parçası - Məğlubiyyətin ŞƏKLİ


İki foto arasındakı fərq Azərbaycanın avqust ayından bu yana istər hərbi, istərsə də siyasi müstəvidə qazandığı tarixi qələbənin real mənzərəsini açıq şəkildə ortaya qoyur.

Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar