Xəbər lenti
Bu gün Kəlbəcər rayonu işğaldan azad edilir
Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən erməni silahlı birləşmələri noyabrın 15-i Kəlbəcər rayonundan çıxarılmalıdır.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusu tərəfindən işğal olunub.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər qovulmuş, 50 dinc əhali öldürülüb, 20 nəfər isə əsir götürülüb və itkin düşüb.
2020-ci ilin məlumatına görə, Kəlbəcərin əhalisi 77 min 003 nəfərdir. Əhalisinin sıxlığı ( nəfər / 1 km²) 39,66 nəfər, şəhər əhalisi 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir.
Kəlbəcər əhalisinin 38 min 396 nəfərini kişilər, 38 min 607 nəfəri isə qadınlar təşkil edir. Rayonun ərazisi 3054 kv kilometrdir. Rayonun Qarabağ müharibəsi əllilərinin sayı 75 nəfərdir. Rayonun 488 şəhid ailəsi var. Hazırda 66 min 985 nəfər Kəlbəcər sakini köçkünlük həyatı yaşayır.
77.003 min nəfər əhalinin 13,6 faizi Bakı şəhərində, 21,7 faizi Gəncə şəhərində, 5 faizi Yevlax rayonunda, 5,4 faizi Abşeron rayonunda, 9,1 faizi Bərdə rayonunda, 12 faizi Goranboy rayonunda, 7,7 faizi Göygöl rayonunda, 5,4 faizi Tərtər rayonunda, 20 faizi isə digər 46 şəhər və rayonda müvəqqəti məskunlaşıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar