Xəbər lenti
Kəlbəcərli jurnalist deputatdan təzminat istəyir
Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə telekanallarından birinə Ermənistanın ölkəmizə vurduğu ziyana görə təzminat ödəməsi ilə bağlı açıqlama verib. Açıqlamada xanım deputat Ermənistanın iqtisadi vəziyyətinin pis olduğunu və buna görə də işğalçı dövlətin Azərbaycana təzminat ödəməyinin önəm daşımadığını bildirib.
Bu da haqlı olaraq cəmiyyətdə qınağa və kəskin etirazlara səbəb olub.
Manevr.az xəbər verir ki, əslən Kəlbəcərdən olan tanınmış şair, jurnalist Namiq Dəlidağlı da deputat Könül Nurullayevanın "ermənilərin imkanı yoxdu ki təzminat ödəsin" fikrinə kəskin reaksiya verib. Kəlbəcər sakini deputatın bu fikrini ermənilərə qahmar çıxmaq kimi dəyərləndirərək, söylədiklərinin ağırlığını və məsuliyyətini dərk etmədiyini bildirib:
"Yağı düşmən işğal etdiyi ərazilərimizdə daşı-daş üstündə qoymayıb. Qarşısına vandalizm niyyətini qoyan düşmən, evlərimizin "qara daşı"nı belə daşıyıb aparıb. Hələ işğal zamanı tək canını xilas etmək məcburiyyətində qalan Kəlbəcər əhalisi yeganə çıxış yolu qarlı Murov aşırımları ilə "topdağıtmaz" mülkünü, hətta zinət əşyalarını belə çıxara bilmədi. O cümlədən də bizim ailə. Deputat onu nəzərə almalıdır ki, özünü yazıq, məzlum obrazında təqdim edən düşmən 44 günlük müharibədə başımıza müasir silahlardan od ələyirdi. İllərdi milyonlarla xərc çəkib torpaqlarımızda istehkamlar, qalalar qurub. Və dinc əhalimiziə qarşı qəddarlıq etdi. Bunu görməmək və bu məsələdə ermənilərə qarşı güzəştdən dəm vurmaq yolverilmızdi..."
Uzun müddətdi müxtəlif yerlərdə kirayələrdə qalan şair, deputat olaraq maddi sıxıntısı olmayan xanımdan bu vaxta kimi ödədiyi kirayə pulunu istəyir:
"27 ildən artıqdır ki, kirayədə qalıram. Təxmini hesablamalara görə bu da 100 000 (yüz min) manat civarında maliyyə vəsaiti edir. Ermənilərə maddi güzəştdən dəm vuran deputatdan mənə dəyən maddi ziyanı ödəməsini tələb edirəm".
Sevinc Qərib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar