Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident: "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır"

Tarix: 14-10-2020 13:41     Baxış: 5227 A- / A+
Prezident: "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır"


"Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistanı fəlakətə apardı”.

Manevr.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti "Haber Türk”ə müsahibəsi zamanı deyib.

"Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezident – hər ikisinə də cinayət işi açıldı. 2 ilə yaxın həbsdə qaldı, sonra onu buraxdı, ancaq cinayət işi qalır. Digərinə isə xaricə çıxmaq qadağası var. Müxalifət partiyasının sədrini həbsə atdı. Konstitusiya məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla adamlarını ora yerləşdirdi. Jurnalistləri həbslərdə çürüdür”, - Prezident vurğulayıb.

Ölkə başçısı həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Soros Fondunun bir məhsulu olduğunu vurğulayıb:

"Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, "inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq (Paşinyanın hakimiyyəti üçün problem nəzərdə tutulur) deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar