Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Raket atılsa belə, bayrağını qoruyan vətəndaş... - Günün şəkli

Tarix: 05-10-2020 12:04     Baxış: 5252 A- / A+
Raket atılsa belə, bayrağını qoruyan vətəndaş... - Günün şəkli


Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin raket atəşinə tutulması nəticəsində yaranan dağıntılardan çəkilən kadr Rusiya mediasında "Günün fotosu” seçilib.

Manevr.az
qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın məşhur "Dojd” (www.tvrain.ru) media orqanı saytın Ana səhifəsində bu şəkli yerləşdirərək "Günün fotosu” elan edib.

"TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin müəllifi olduğu bu fotodan görünür ki, Azərbaycan xalqı erməni təxribatından qorxmur, öz torpağını, öz evini, elə bayrağını qoruduğu kimi qoruyur və daim qoruyacaq.Gəncə sakininin Ermənistan terrorçu dövləti tərəfindən raket atəşinə tutulmasından dərhal sonra vətəndaşın Azərbaycan bayrağını sinəsinə sıxıb dağıntılar altından çıxarması ictimai müzakirələr zamanı xalqımızın əzmkarlığının, mübarizliyinin simvolu kimi qiymətləndirilib.

Ermənistan dövlətinin öz ərazisindən uzaq mənzilli raketlərdən atdığı atəşlər belə vətəndaşlar arasında təşviş yarada bilmir, insanlar bu vəziyyətlərdə belə öz canlarını yox, dövlətini, mənəvi dəyərlərə sahib olan atributları, Vətənini qoruyur. Buna görə də Azərbaycan Ordusu ilə döyüşdə məğlub olan Ermənistanın artilleriya və raket atəşləri ilə xalq arasında çaşqınlıq yaratmaq istəkləri puça çıxır.

Bu gün Azərabaycanın arxa cəbhəsində vuruşanlar ön cəbhədəki əsgərlər, zabitlər qədər əzmkar, mübariz və ayıq-sayıqdırlar.

Raket atılsa belə, bayrağını qoruyan vətəndaş... - Günün şəkli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar