Xəbər lenti
Əflatun Amaşov "Lider" TV-nin müxbirinin işdən azad olunmasına münasibət bildirdi
Mətbuat Şurasının sədri Əflatun Amaşov "Lider" televiziyasının Moskva müxbirinin işdən azad olunması haqqında fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Manevr.az MŞ sədrinin statusunu təqdim edir:
"Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin - «Lider TV»nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin «aprel müharibə»sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi.
İkincisi, jurnalistin işdən çıxarılması «Lider TV» rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, proensialından digər vəzifələrdə də istifadə etmək olardı.
Üçüncüsü, bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim «Lider TV» rəhbərliyinin səlahiyyətində olan məsələdir"musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar