Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Eldar Həsənov ev dustaqlığına... - QƏRAR

Tarix: 22-09-2020 13:11     Baxış: 4284 A- / A+
Eldar Həsənov ev dustaqlığına... - QƏRAR

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E. Həsənovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib.

Onu da qeyd edək ki, E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar