Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov Qurban Məmmədovu necə xilas etdi? - İstanbuldan Londona təcili uçuş

Tarix: 17-09-2020 15:15     Baxış: 4331 A- / A+
Əli Həsənov Qurban Məmmədovu necə xilas etdi? - İstanbuldan Londona təcili uçuş

Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayıldı. Ardınca oğlu Qoşqar Məmmədov bunu təkzib etdi və atasının Londonda olduğunu bildirdi. Halbuki, Məmmədovun Türkiyədə saxlanıldığı xəbərini də elə oğlu yaymışdı.

Manevr.az
xəbər verir ki, demokrat.az Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda məlumatlar əldə edib.

Məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı proses başlanıb.

Lakin son anda bu baş tutmayıb və Məmmədov İngiltərəyə uçub.

Mənbə saxlanılan Q.Məmmədovun Azərbaycana ekstradisiyasının qarşısını Prezidentin keçmiş köməkçisi, hazırda Türkiyədə olan Əli Həsənovun aldığını deyir.

Əli Həsənov Türkiyədəki bütün əlaqələrindən istifadə edərək, Məmmədovun Bakıya göndərilməsinə mane olub və onun təcili İngiltərəyə uçuşunu təşkil edib. Çünki Məmmədov Azərbaycana ekstradisiya olunsaydı, istintaqa hər şeyi etiraf edəcəkdi, bununla da Ə.Həsənovun dövlətə qarşı oyunları ifşa olunacaqdı.

“Həsənov Məmmədovun Bakıya göndərilməməsi üçün bütün imkanlarından istifadə etdi”, - mənbə bildirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar