Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İcra hakimiyyətinin şöbə müdiri Nurlan Həsənov “Əlillər evi”nin ərazisini zəbt edib" -İDDİA

Tarix: 12-09-2020 11:48     Baxış: 2478 A- / A+
"İcra hakimiyyətinin şöbə müdiri Nurlan Həsənov “Əlillər evi”nin ərazisini zəbt edib"

Bir qrup Qarabağ əlili və şəhid ailələri tərəfindən redaksiyamızın elektron poçtuna şikayət məktubu daxil olub.
Manevr.az həmin məktubu kiçik redaktə ilə təqdim edir:

"Neçə gündür ölkə gündəmini Qurban Məmmədovun evinin Nərimanov RİH rəsmiləri tərəfindən sökülməsi cəhdi məşğul edib. Söküntü işlərinin tikilinin qanunsuzluğu izah edən tikinti-söküntü işlərinə nəzarət edən icra hakimiyyətinin şöbə müdiri Nurlan Həsənovun özü bizim evi zəbt edib, yerində atası Həsən Həsənovun və bacısı Südabə Həsənovanın adına villalar tikib. Mətbuatda Nurlan Həsənovun Əhməd Rəcəbli küçəsindəki “Hilal elektrik” kommersiya obyekti və eyni ünvandakı 3 villa da “Əlillər evi”ndən zəbt edilib. Bizim evin açılışı 13 avqust 2009-cu ildə Prezident xarici səfərdə olanda həyata keçirilib. Bu açılışı gizli ediblər ki, Prezident açılışda iştirak etsə idi, dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin zəbt edilməsinə şahid olacaqdı. Hətta, bütün televiziyalar qonorar sifarişilə çəkilişi elə aparmışdılar ki, evin zəbt edilməsi nəzərə çarpmasın. 11 ildə kanalizasiyası, həyəti belə olmayan Qarabağ əliləri və şəhid ailələrinə tikilən evin ətrafında əlavə tikililər davam edir. Özü də Nərimanov RİH və BŞİH-in razılığı ilə. İndi Nurlan Həsənov hansı vicdanla kiminsə evinin qanunsuz tikildiyini bildirib, sökdürür? Özünün qanunsuz zəbt edib tikdiyi villalarını lazım deyil, kommersiya obyektlərini də söksün də! Bizim evin yerində tikilən “Nobel elektrik”, “Hilal elektrik”, “Omid”obyektləri də Nərimanov RİH və BŞİH məmurlarına aiddir. Burada DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin rəisi Əbülfət Rzayevin qardaşı Xudaqulu Rzayevin(son parlament seçkisində namizəd idi) də üçmərtəbəli villası və “Araz Trast” MMC-nin sədri, adı ermənilərlə iş birliyində hallanan, buna görə də MTN işində də “çekistlərin” adını qeyd etdikləri Elman Muradov ilə şərikli obyekti var. Bunların bir qardaşı Abbas Rzayev isə Binəqədi məhkəməsinin hakimidir. Yəni, Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evi zəbt edib yerində kommersiya obyektləri, villalar tikənlərin kiminsə evinin qanunsuz tikilməsi adı ilə sökdürməsi çox gülüncdür və vicdansızlıqdır.

Dəfələrlə şikayət etsək də, evimizi zəbt edənlərin hakimiyyətin yuxarı eşalonunda olması səbəbindən və KİV-in rüşvəti vicdandan üstün tutması ucbatından dərc olunmayıb. Bunu bəyan etməklə demək istəyirik ki, əvvəl öz zəbt etdikləri qanunsuz tikililəri söksünlər, sonra başqasını günahkar sayarlar. Bizim şikayətlərə baxılmasına “Bandotdel” rəisi imkan verər sizcə? Xudaqulu Rzayevin hakim qardaşı Abbas Rzayev heç məhkəmə təminatı hüququmuzu tanımır! Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evi zəbt edənlərin cəzalandırılmasını, evin standartlara uyğun olaraq yenidən qurulmasını tələb etsək də, şikayətimizə nə evin sifarişçisi ƏƏSMN, nə polis, nə prokurorluq, nə PA, nə NK, nə Ombudsman, nə İqtisadiyyat Nazirliyi, nə FHN baxır. Bizə informasiya dəstəyi göstərməyinizi xahiş edirik.

Hörmətlə, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 46 ünvanında yaşayan, 36 mənzilli evin Qarabağ əlili və şəhid ailələri."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar