Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Elmlər Akademiyası və institutları ləğv edilir? - AÇIQLAMA

Tarix: 10-09-2020 19:24     Baxış: 4220 A- / A+
Milli Elmlər Akademiyası və institutları ləğv edilir? - AÇIQLAMA


Son dövrlər Azərbaycan Milli Elimlər Akademiyasının ləğv edilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Ümumiyyətlə, Milli Elmlər Akademiyası ləğv edilərək başqa bir quruma çevrilə bilərmi?

Manevr.az
xəbər verir ki, konkret.az-ın bununla bağlı sualını cavablandıran deputat Ramil Həsən bildirib ki, Milli Elimlər Akademiyası alimlərin, elm sahəsində araşdırma aparan insanların bir yerə toplaşdığı bir məkan kimi Sovvet dövründə yəni 1940-ci ilərdə yaradılıb:

“Avropa və Türkiyədə Milli Elimlər Akademiyası kimi xüsusi təşkilat fəaliyyət göstərmir. Təbii ki, alimlərin bir yerdə xüsusi araşdırma aparması üçün Elm Tədqiqat İnstitutları əsasən ABŞ-da və Avropada Universitetlərin bazalarında fəaliyyət göstərən çox böyük ciddi araşdırmalar aparan Elmi Araşdırmalar İnstitutu var. Milli Elimlər Akademiyası sovet dövründə qurulan strukturdur. Birbaşa təhsil sahəsində məşğul olmasam da, amma Avropada, Amerikada eyni zamanda Türkiyənin özündə olan təhsil sistemindən tanış olmaq imkanım olub. Ona görə də qeyd edə bilərəm ki, Milli Elimlər Akademiyasının bu gün həyata keçirdiyi prosesi dövlətin dəstək verib, sahib çıxdığı universitetlərin bazalarında yaradılacaq böyük Elmi Araşdırma İnstitutları həyata keçirə bilərlər. Bu gələcək üçün təklif olunan layihə ola bilər”.

Ramil Həsən fikrini belə tamamlayıb:


“Nəticə etibarı ilə bu da Azərbaycanda elmin inkişafı ilə bağlı müasir innovativ texnologiyalardan istifadə olunması, eyni zamanda dövrümüzün rəqəmsal imkanlarından daha geniş istifadə olunması və institutlar arasında sağlam, güclü rəqabətin formalaşmasına təkan verə bilər. Təsəvvür edin ki, Milli Elimlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutlar bir-biri ilə necə rəqabət apara bilər. Çünki onlar bir çətirin altındadır. Amma universitetlərin nəzdində profillərə uyğun daha güclü və dayanıqlı elmi bazalar şəklində formalaşdırıb, böyük dəstək verilərsə, alimlərimizin və elmizin inkişafında böyük xidmətləri olacaq. İnsanların o təhsil müəssisələrində rahat işləmələri üçün geniş şərait yaradıla bilər. Bundan əlavə onların maddi və mənəvi imkanları daha zəngin olmaqla yanaşı daha sağlam rəqabətin təməli qoyula bilər. Müasir bu proseslərdən geri qalmayaraq tariximiz, iqtisadiyyatımız və müxtəlif sferalarda ciddi araşdırmaların ortaya çıxmasına və ölkəmizin milli maraqlarına xidmət edəcək araşdırmaların ortaya çıxmasına səbəb ola bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar