Xəbər lenti
Bir milyard insan öz yerindən didərgin düşəcək - Mütəxəssislər həyəcan təbili çaldı...
Dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, insanları gözləyən ekoloji fəlakət barədə təəccüblü hesabat yayımlanıb.
İnsanların sürətli artımı qida və su qıtlığına səbəb olacaq və 2050-ci ilə qədər 1 milyard insan öz yerlərini tərk etmək məcburiyyətində qalacaq.
İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan hesabatda 2050-ci ilədək dünya əhalisinin 10 milyarda çatacağı və təbii ehtiyatlar uğrunda mübarizənin və qarşıdurmaların artacağı gözlənilir.
Ekoloji hadisələr və qarşıdurmalar səbəbiylə 2019-cu ildə təxminən 30 milyon insan evlərini tərk edib. Bunun yalnız inkişaf etməkdə deyil, inkişaf etmiş ölkələr üçün də sosial və siyasi təsiri olacaq. Kütləvi miqrasiya nəticəsində inkişaf etmiş ölkələrin əksəriyyətinə qaçqın axını olacaq.
Təşkilat dünyanı təhdid edən amilləri iki əsas kateqoriyaya bölür. Birincisi, ərzaq təhlükəsizliyi, su çatışmazlığı və əhali artımı, ikincisi isə daşqınlar, quraqlıqlar, qasırğalar, dəniz səviyyəsinin qalxması və istilərin artması kimi təbii fəlakətlərdir.
Məruzədə Hindistan və Çin də daxil olmaqla bəzi ölkələrin 2050-ci ilədək sıx su çatışmazlığı təhdidinə məruz qalacağı, Pakistan, İran, Mozambik, Keniya və Madaqaskar kimi ölkələrin bununla mübarizə aparmaqda çətinlik çəkəcəyi bildirilir. Bildirilir ki, dünyan 50 il əvvəllə müqayisədə 60 faiz daha az şirin su ehtiyatına sahib olacaq, yaxın 30 ildə qidaya olan tələbatı isə 50 faiz artacaq. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar