Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına meydan oxuyur” - ŞƏRH

Tarix: 21-08-2020 16:37     Baxış: 5781 A- / A+
“Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına meydan oxuyur”


“Qanunlarımıza riayət edən sadə Azərbaycan vətəndaşı Ramiz Mehdiyevdən milyon dəfə üstün insandır”.


Manevr.az
xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə təmtəraqlı toy məclisi təşkil etməsinə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, ölkə Prokurorluğu özündə cəsarət tapıb bu məsələ haqqında cinayət işi açmalıdır:

“Mən bu günədək heç kəsin ailə məsələsinə qarışmamışam. Ancaq indiki zamanda – pandemiyanın böyük fəlakətlər törətdiyi bir vaxtda qapalı məkanda çox sayda insanın iştirakı ilə keçirilən bir toy məclisi Azərbaycan qanunlarını pozmaqdır, qanuna etinasızlıqdır.

Bu, Azərbaycan xalqını və dövlətini təhqir etməkdir. Yayılan videolardan da görünür ki, oturanların arasında heç 50 santimetr də məsafə yoxdur. Orada xidmət edənlərdən başqa heç kəsdə tibbi maska yoxdur, karantin qaydalarına əməl olunmur. Bu, ciddi qanun pozuntusudur.

Mənə elə gəlir ki, Azərbaycan Respubilkasının Prokurorluğu özündə cəsarət tapıb bu məsələ haqqında cinayət işi açmalıdır. Bu, mənim vaxtilə Ramiz Mehdiyev haqqında dediklərimi doğrultmaqdadır.

Bu, Azərbaycan dövlətçiliyinə meydan oxumaqdır, Azərbaycan qanunlarına meydan oxumaqdır. Azərbaycan qanunlarını ayaqlar altına almaqla, ona qarşı özünün təhqiramiz münasibətini ifadə etməkdir.

Sənin imkanın var, bu toyu keçirirsən, sonra da sosial şəbəkədə yayırsan. Yaxşı, aylardan bəri xonçasında konfeti xarab olan, oğul toyunu illərlə gözləyib onun toyuna hazırlaşdığı vaxtda qadağaların qoyulması ilə toyunu təxirə salan Azərbaycan vətəndaşından sənin üstünlüyün nədir? Heç nə!

Bu gün o qanuna riayət edən sadə Azərbaycan vətəndaşı Ramiz Mehdiyevdən milyon dəfə üstün insandır. Həm mənəvi keyfiyyətlərinə, həm qanuna hörmətinə, həm də dövlət sevgisinə görə.

Bu qədər saymazlıq, özbaşınalıq olar? Dediyim kimi, Ramiz Mehdiyev Azərbaycan dövlətinə, xalqına meydan oxuyur, Azərbaycan qanunlarını ayaq altına alır. Hüquq-mühafizə orqanları bununla bağlı tədbir görməlidir. Bunun başqa alternativi yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar