Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

COVID-19 pandemiyası üç il davam edəcək: İran Səhiyyə Nazirliyindən qorxunc proqnoz...

Tarix: 29-06-2020 05:59     Baxış: 4599 A- / A+
COVID-19 pandemiyası üç il davam edəcək:

Koronavirus pandemiyasının daha iki-üç il davam edə biləcəyi haqqında İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari xəbər yayıb.

Manevr.az RİA Novosti-yə istinadən bildirir ki,"Əvvəlki pandemiyaların təcrübəsini nəzərə alsaq, yeni yaranan COVID-19 pandemiyası daha iki-üç il ərzində dünyanı bürüyəcək"- xanım sözçü deyib.

"COVID-19-un ilk dalğası (yayılması) İranda davam edir. Geniş coğrafiyanı və müxtəlif iqlimləri nəzərə alaraq, ölkənin müxtəlif bölgələri və vilayətləri epidemiyanın ilk dalğasının müxtəlif mərhələlərindədir "- deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

O, son vaxtlar xəstələnmə statistikasının artmasının səbəbini ölkədə yeni infeksiyaların daha aktiv şəkildə aşkarlanması ilə əlaqəli olduğunu söylədi. Bundan əlavə, onunsözlərinə görə, isti iqlimi olan ərazilərdə yerli sakinlər COVID-19 təhlükələrinə az əhəmiyyət verdilər, buna görə də tibbi qaydalara daha az əməl etdilər.

Bu ərazilərə Xuzistan və Hormozgan, yəni ən əlverişsiz epidemioloji şəraiti olan "qırmızı" vilayətlər daxildir.

Ayrıca olaraq o, Dünya Səhiyyə Təşkilatının proqnozlarına istinadən koronavirusun ikinci dalğasının yayılma ehtimalına diqqət çəkərək, ölkənin ən pis vəziyyətləri hesablamağa ehtiyac olduğunu qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar