Xəbər lenti
Koronavirusdan sağalanların qanı "qara bazar"da satılır - 7 MİN MANATA
Pakistanda koronavirusdan sağalan xəstələrin qanı "qara bazar"da satılmağa başlayıb. Onun qiyməti 950 funtdan (1999 manat) 3 500 funtadək (7364 manat) dəyişir.
Bu barədə "The Guardian" yerli həkimlərə istinadən yazır.
Qeyd olunur ki, "COVID-19" xəstələrinin ailələri yaxınlarını xilas etmək üçün bu məbləği ödəməyə hazırdırlar, çünki onlar məhz həmin "möcüzəvi dərman"ın xəstələrə kömək edəcəyinə inanırlar.
"Xəstəxanalar bu işdə iştirak etmir, lakin razılaşmalar gözümün önündə edilib. Xəstələrin qohum və yaxınları artıq sağalmış kəslərdən qan donoru olmalarını xahiş edirlər. Sonra özəl laboratoriyada "donor qanı"ndan plazma əldə olunur", - deyə İslamabad Dövlət Xəstəxanasının həkimi danışıb.
Eyni zamanda pakistanlı həkimlər xəstəxanalarda dərman qıtlığından şikayətlənirlər və belə şəraitdə plazmanın həqiqətən də "möcüzəvi dərman" olduğunu deyirlər.big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar