Xəbər lenti
NATO müharibəyə qərar verdi: Müdafiə nazirləri razılığa gəldi!

NATO yeni bir qarşıdurmaya hazırlaşır və bununla bağlı quruma üzv olan bütün dövlətlərin müdafiə nazirlikləri ilə razılıq əldə olunub.
Söhbət hər hansı bir dövlətlə deyil, koronavirus və onun yeni dalğası ilə mübarizədən gedir. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, koronavirusun yeni dalğası baş verəcəyi təqdirdə, bununla mübarizə üçün tədbirlər paketinin qəbulu reallaşacaq. Baş katibin sözlərinə görə, artıq NATO-ya üzv dövlətlərin müdafiə nazirlikləri tibbi avadanlıqlar ehtiyatının alınması üçün fond yaradıblar. Vəziyyətin ciddiləşəcəyi təqdirdə fond üçün zəruri ehtiyatların əldə edilməsi həyata keçiriləcək ki, bu da pandemiyanın yeni dalğasına qarşı effektiv mübarizəyə imkan verəcək.
Məlumat üçün qeyd edək ki, NATO dövlətləri hazırda koronavirusdan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Bu baxımdan, NATO yeni dalğanın gəlişinə maksimum hazırlıqlı olmağa çalışır. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar