Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

İş adamından FHN-ə 4 milyonluq hədiyyə -VİDEO

Tarix: 09-01-2017 15:31     Baxış: 4573 A- / A+
İş adamından FHN-ə 4 milyonluq hədiyyə

Manevr.az

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə “DeepFlight Super Falcon” sualtı qayığı hədiyyə edib.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov təsdiqləyib. FHN rəsmisi qeyd edib ki, adıçəkilən sualtı qayıq dekabrın 15-də Xəzər dənizində baş vermiş faciə nəticəsində itkin düşən nefçilərin axtarışına cəlb olunacaq.

O.Bayramovun sözlərinə görə, DeepFlight Super Falcon” sualtı qayığ bundan sonra qayıq FHN-nin balansında olacaq.



Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan “DeepFlight” şirkəti “DeepFlight Super Falcon” sualtı qayığını xüsusi sifariş əsasında istehsal edib. Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb.

Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.

“DeepFlight Super Falcon” sualtı qayığı yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malikdir. Qayığın qiyməti minimum 3- 4 milyon manat dəyərindədir.

Xatırladaq ki, bu barədə ilk məlumatı “Qafqazinfo” saytı yayıb.AzVision.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar