Xəbər lenti
20 yaşa qədər və 65-dən çox yaşı olanlar küçəyə çıxa biləcək

Türkiyənin Daxili İşlər Nazirliyi 20 yaşa qədər və yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxması ilə əlaqədar göstəriş verib.
Nazirlikdən yayılan açıqlamada bildirilib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində məhdud saatlarda küçəyə çıxa bilən həmin vətəndaşlar müəyyənləşdirilmiş qaydalara əməl etməlidirlər.
Türkiyənin 81 vilayətinə göndərilən sənəddə qeyd olunub ki, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəlikləri olan xəstələr (ehtiyac olduğu halda o xəstələrə baxanlar) 10 may bazar günü saat 11:00-15:00-da yaşadıqları ərazinin yaxınlığında maska ilə və sosial məsafəni gözləməklə gəzintiyə çıxa biləcək.
0-14 yaş qrupuna daxil olan uşaqlar 13 mayda, 15-20 yaş qrupuna daxil olan gənclər isə 15 mayda eyni şərtlər daxilində küçəyə çıxa biləcək. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































