Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident 7 aylıq maaşını bağışlamaqla koronavirusla mübarizə kampaniyasına start verib

Tarix: 31-03-2020 05:23     Baxış: 3183 A- / A+
Prezident  7 aylıq maaşını bağışlamaqla koronavirusla mübarizə kampaniyasına start verib

“Biz bizə yetərik, Türkiyəm”, bu milli həmrəylik kampaniyamızın adıdır. Mən 7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm. Millət vəkilləri və nazirlərimiz də bu gün 5 milyon 200 min lirə bağışladı”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada bu fikirləri bildirib.

R.T.Ərdoğan “COVİD-19”-la mübarizə tədbirləri ilə əlaqədar Türkiyədəki bütün xeyriyyəçi və imkanlı şəxslərə səslənib: “Bu kampaniyaya 11 milyon dollar xeyiryyəçilərimizdən dəstək gəlib. Mən buradan bütün iş adamları və xeyiryyəçilərimizə səslənirəm: İnşallah yaşadığımız sıxıntılı günləri geridə buraxacağıq, bu kampaniyada fəallığınızı əsirgəməyin. Zəkatlarını vermək üçün Ramazan ayını gözləyənlər indidən zəkatlarını bağışlaya bilərlər”.

R.T.Ərdoğan bildirib ki, koronavirusla əlaqədar Türkiyədə olan bütün məlumatlar şəffaf şəkildə yayılır. Prezident deyib ki, yaşanan ağır günlərin qəhrəmanları olan səhiyyə işçilərinə əlavə dəstək tədbirləri nəzərdə tutulub: “6 milyard lirəlik əlavə dəstək ayırırq. Səhiyyə işçilərimizin hər birinə 100 giqabayt pulsuz internet də veriləcək”.

Prezident həmçinin bildirib ki, ölkədə çarpayılıq xəstəxanaların sayı yetərli qədərdir və əlavə xəstəxanalar da istifadəyə verilməkdədir: “Hazırda ölkədə 42 məntəqədə virusa yoluxan xəstələr karantin altındadır”.

R.T.Ərdoğan deyib ki, Türkiyə hər şərt altında istehsalını davam etdirməkdədir: “İstehsalatda çalışanlarımızın təhlükəsizliyinin təminatı nəzarətimizdədir”.

Prezident Türkiyədə tənəffüs sistemi cihazlarının istehsalının sürətlə davam etdiyini də vurğulayıb

Yeni növ koronavirusla mübarizə tədbirləri ilə bağlı xarici ölkələrə də dəstək verildiyini deyən ölkə başçısı son olaraq İtaliyaya bir gəmi məhsul göndərildiyini, bu dəstəyin davam edəcəyini, aprelin 2-də isə İspaniyaya bir təyyarə ləvazimat göndəriləcəyini qeyd edib: “Çətinlik yaşayan digər ölkələrə də dəstək veririk və bu tədbirlər davam edəcək”.

Aprel, may, iyun aylarında dövlət yataqxanalarında yaşayan tələbələrdən aylıq ödənişlərin alınmayacağını deyən Türkiyə Prezidenti tələbələrin kredit və burs ödəmələrində də hər hansı bir kəsinti olmayacağını və tələbələrin kredit geriödəməsinin müddətinin uzadılacağını bildirib.

Qeyd edək ki, R.T.Ərdoğanın başçılığı ilə keçirilən toplantı bu gün yerli vaxtla 15.45-də başlayıb. 4,5 saatdan çox çəkən iclasda Prezidentin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Qalın da iştirak edib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar