Xəbər lenti
Prezident mühüm qanunu imzaladı, hər vətəndaşa 1200 ABŞ dolları veriləcək

ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.
Bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.
Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir. Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard dollarlıq yardım paketini təsdiqləmişdi.
Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.
****
ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirusun təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon ABŞ dolları ayrılması haqqında qanun layihəsini dəstəkləyib.
Bu barədə “CNN” məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirini minimuma endirmək üçün 2 trilyon dollarlıq iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər.
Paket xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardımı özündə ehtiva edir. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar