Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni komitə sədri kimdir? - DOSYE

Tarix: 12-03-2020 19:39     Baxış: 3285 A- / A+
Yeni komitə sədri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Bahar Muradova təyinat alıb.

Manevr.az fed.az-a istinadən məlumat verir ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzulidə anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edib.

Ailəlidir, bir qızı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar