Xəbər lenti
Azərbaycana gələn əcnəbi vətəndaşda koronavirus aşkar edilib - VİDEO
İrandan Azərbaycana gələn Rusiya vətəndaşında koronavirus aşkar edilib.
Manevr.az-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib.
Yaqut Qarayeva bidirib ki, bu virusa yoluxan həmin şəxsin təmasda olduğu şəxslər araşdırılır. Əgər həmin şəxslərdən Azəbaycana keçən olarsa, onlar da dərhal məcburi qaydada karantinə alınacaqlar.
Qeyd edək ki, həmin şəxsin səhhəti ilə artıq Rusiyanın Azərbaycandakı səfirliyi də maraqlanır. Hətta bununla bağlı Rusiyanın Səhiyyə Nazirliyinə də məlumat verilib. Adı açıqlanmayan həmin şəxs tam sağalmayana qədər öz ölkəsinə buraxılmayacaq.
Yaqut Qarayeva onu da bildirib ki, hazırda Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Onlardan 12-si İran, 1-i İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır. Hazırda onların müayinə cavabları gözlənilir. Şöbə müdri onu da bildirib ki, bu virusa yoluxan xəstələrin müayinə və müalicəsi üçüb bütün tibbi ləvazimat və avadanlıqlar var.
Yaqut Qarayeva sosial şəbəkələrdə xəstəxanalarla bağlı yayılan görüntülərə də münasibət bildirib. O qeyd edib ki, TƏBİB xəstəxanaların təhvil-təslim prosesinə bu ilin yanvar ayından başlayıb. Proses hələ də davam edir. Ona görə də xəstəxanalardakı vəziyyətin yaxşılaşdırılması istiqamətində çalışılır.
Mətbuat konfransında iştrak edən Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev isə bildirib ki, əgər xaricdən gələn insanlar xəstəxanada saxlanılmasa, həmin şəxslər ətrafdakılar və onların ailələri üçün təhlükə yarada bilər. Baş infeksionist məktəb və bağçaların bağlanması məsələsinə də toxunub.
Mətbuat konfransında apteklərdə maska və spirt qıtlığı məsələsindən də danışılıb. Yaqut Qarayeva bildirib ki, bununla bağlı işlər aparılır.
TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev isə bildirib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva isə sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib: "Həmin şəxs doğrudan da İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".
Qeyd edək ki, 15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar