Xəbər lenti
"Kirayədə yaşayıram"deyən İmişli İcra başçısının çoxmilyonluq sərvəti -SİYAHI
15 ildən çoxdur icra başçısı olan 62 yaşlı Vilyam Hacıyev 7 ildir İmişli rayonuna rəhbərlik edir. Həbib Müntəzir onun həbsini tələb edib
Onun sözlərinə görə, bunun üçün Ağstafadakı anti-korrupsiya əməliyyatına da ehtiyac yoxdur, biznesinin, varidatının siyahısı kifayət edir ki, deklorasiya istənilsin.
İmişli icra başçısının Bakıda, Həsən Əliyev küçəsində villası,”Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzili, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villası var.
Həmçinin, İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzili, Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzili, Dubayda milyonluq biznesi, Qazaxıstanda tikinti biznesi, İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov rayon prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası da var:
10-PP-369 dövlət nömrə nişanlı “Bentley”
Eyni nömrə nişanlı “Land Rover”
90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”
Həmçinin son model “Mercedes Gelandewagen”
Vilyam müəllim Samuxda icra başçısı olarkən el arasında “Moşu kişinin çayxanası” kimi tanınan obyekti bir az təmir etdirib prezidentə “Şahmat Evi” kimi təqdim edib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib.
O, getdiyi rayonlarda olan kiçik-böyük sahibkarlara “qan uddurur”, rayon əhalisi bu rüşvətxor başçıdan dad edirlər.
Məsələn, Vilyam Hacıyev ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun əlbir olaraq sahibkarı müflis edib.
Sahibkar Niyaz Niyazov Millətinsəsi.info-ya göndərdiyi müraciətində Vilyam Hacıyev və Cahangir Əsgərovun qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə şikayət etmişdi.
Sahibkar şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyirdi.
Vilyam Hacıyev o məmurlardandır ki, hətta öz yaxın adamları belə, ona qarşı müxtəlif ittihamlarla çıxış edir. V.Hacıyevin qanunsuz hərəkətlərindən bəhs edən informasiyalar sırasında onun hətta qardaşına da kələk gəldiyindən söz açılıb.
Bildirilir V.Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib.
Onun İmişlidə yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olduğuna dair məlumatlar gəzir. Bildirilir ki, Vilyam Hacıyev Asfalt Zavodunun müdiri qarşısında “rayonun bütün yollarını öz hesabına asfaltlamalısan” şəklində tələb qoyub.
Vilyam Hacıyevin İmişlidəki ağaclara da qənim kəsildiyi iddia olunur. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verməkdə suçlanır.
Sakinlərin mediaya verdiyi məlumata görə, göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qismi kökündən çıxarılıb.
Daha sonra onları elektrik mişarları ilə doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar.
V.Hacıyevin daha bir nəfərə – Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.
İmişlinin mərkəzi otlaq səhəsinə dönüşüb. Bu azmış kimi rayon mərkəzi həm də zibillik poliqonuna çevrilib.
Son zamanlar İmişli rayon mərkəzinin parklarında inəklərin otlaması sosial şəbəkələrin müzakirə mövzusu olub. Sosial şəbəkələrdə paylaşılan şəkillərə baxanda adamda elə təəssurat yaranır ki, İmişli maldar qəbilələrin işğalına məruz qalıb.
Həmçinin şəhərin mərkəzi küçələrinin belə zibil içində itib batması onu göstərir ki, İmişlinin icra baçşısı Vilyam Hacıyev İmişlini Tanrının öhdəsinə buraxıb və rayon mərkəzinin inək fermasına çevrilməsi, həmçinin insanların antisanitar şəraitdə yaşaması icra başçısının maraq dairəsinə aid deyil. bolgexeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar