Xəbər lenti
Nazirin həyat yoldaşı sevgilisini nazirlikdə "sürüdü" -ŞƏKİL
Məlumata görə, Ramin Quluzadənin həyat yoldaşı nazirin sevgilisini nazirliyin dəhlizlərində saçından tutaraq sürüyüb.
Mühafizəçilər və cangüdənlər iki qadını zorla ayıra biliblər
Time TV-yə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə barədə maraqlı informasiya daxil olub. Sən demə xeyli müddətdir ki, nazir öz iş funksiyasını yerinə yetirmək də problemlə qarşılaşırmış. Ona bu problemi dövlət rəhbərliyi və ya digər qurumlar yaratmırmış. Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş.
Təbii ki, biz bizə göndərilən informasiyaya yer ayırmazdıq. Lakin nazirliyin bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu. Bu üzdən çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayır. Ötən həftə isə nazirlikdə böyük hay-küy düşüb. Nazirin həyat yoldaşı nazirliyə gələrək Ramin Quluzadənin sevgilisilə dava edib. Adını etik səbəbdən qeyd etmədiyimiz sevgilinin saçlarından tutaraq nazirliyin dəhlizlərində sürüyüb. Mühafizəçilər və cangüdənlər olaya müdaxilə edib. Nazir dəhlizə çıxıb bütün işçilərə otaqlara girib qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və nazirin həyat yoldaşını evə göndəriblər.
Qeyd edək ki, biz bu məlumatı nazirliyin işçilərinin bizə müraciəti əsasında dərc edirik. Əgər, qarşı tərəf fikirlərini bildirmək, mövqe açıqlamaq istəyərsə, ona da yer ayıra bilərik. gundemxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar