Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşdi

Tarix: 21-01-2020 16:03     Baxış: 5437 A- / A+
İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşdi


İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib.

Manevr.az xəbər verir ki, bu barədə report-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

“1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ekshumasiya olunmuş və müvafiq nümunələr götürülüb.
Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək”, - məlumatda deyilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar