Xəbər lenti
Deputatlığa namizəd olan Aqil Məmmədov məzuniyyətə çıxır

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Manevr.az bildirir ki, bu barədə modern.az-a icra başçısı özü məlumat verib.
A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun inşallah”.
İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq: "Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar