Xəbər lenti
Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yarandığı günüdür
7 dekabr 1918-ci ili saat 13.00-da artıq 101-ci ilini qeyd etdiyimiz Azərbaycan Parlamentinin Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) təntənəli açılışı olub.
Demokratik prinsiplər əsasında fəaliyyətə başlayan Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış edib.
Vurğulayaq ki, "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 23 aylıq fəaliyyəti dövründə 230-a yaxını qanun qəbul edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar