Xəbər lenti
Rusiyanın Ankaradakı səfiri öldürüldü - YENİLƏNİB

Ankarada Rusiya səfirinin qətlə yetirildiyi anlarda sərgi mərkəzinin ətrafındakı hərəkətliliyi əks etdirən video yayımlanıb.
* * *22:19
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis əməkdaşı Mevlüt Mert Altıntaşın yerdə yaralı halda uzanmış səfiri güllələdiyi anın fotoşəkli yayımlanıb.

* * *22:09
Türkiyəli “Twitter” istifadəçiləri Rusiya səfirini öldürmüş gəncin doğrudan da polis işçisi olduğunu bildiriblər.
Səfir Andrey Karlovu qətlə yetirmiş şəxsin polis formasında akademiya məzunu fotoşəkli yayımlanıb.
* * *21:52
Səfir Andrey Karlovu qətlə yetirən terrorçunun öldürüldükdən sonrakı fotoşəkli yayımlanıb.
Mənbənin bildirildiyinə görə, gənc azı 20 güllə yarası alıb.

* * *21:29
Rəsmi Vaşinqton Ankarada Rusiya səfiri Andrey Karlova silahlı hücumu qınayıb. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Kirbi deyib: “Biz Rusiyanın Türkiyədəki səfirinə hücum barədə xəbərləri görmüşük. Biz bu zorakılıq aktını, mənbəyi kim olursa olsun, qınayırıq”.
Kirbi qeyd edib ki, “öz düşüncələrimizdə və dualarımızda biz onun və ailəsinin yanındayıq”.
* * *21:10
RİA Novosti agentliyi xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov aldığı güllə yaralarından keçinib.

Onun xəstəxanada, yoxsa hadisə yerində keçindiyi dəqiqləşdirilmir. Şahidlərin bildirdiyinə səfirin elə hadisə yerindəcə keçindiyi təxmin olunur, çünki terrorçu onu il atəşdə yaraladıqdan sonra başından kontrol atəşi də açıb. Səfir yerdə hərəkətsiz qalıb.(virtualaz.org)
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar