Xəbər lenti
Rusiya səfiri Ankarada güllələndi - Binada atışma davam edir -SON DƏQİQƏ / FOTO
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.
Hücum səfirin bir sənət sərgisində iştirakı zamanı təşkil edilib.
Səfir ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumda səfirdən başqa da yaralıların olduğu bildirilir. “Hürriyyət” nəşrinin Ankara nümayəndəsinin bələdiyyə səlahiyyətlilərinə istinad edərək verdiyi xəbərə görə, silahlı sərgiyə polis vəsiqəsini göstərərək girib. Silahlı səfir çıxış edərkən əvvəlcə havaya atəş açıb, daha sonra səfiri vurub. Nəşrə danışan rusiyalı səlahiyyətlilər silahlının terrorçu olduğunu bildiriblər. Onun hələ də sərginin keçirildiyi binada olduğu deyilir.
Hazırda xüsusi hərəkat polisləri binanı mühasirəyə alıb. İçəridən 15-20 dəfə silah səsi eşidilib. Son məlumatlara görə, qarşıdurma davam edir.
Hücum zamanı içəridə təxminən 100-ə qədər adam olub. Silahlı Hələblə əlaqədar bəzi sözlər söylədikdən sonra insanlardan çölə çıxmasını istəyib. O, insanlar çölə çıxarkən səfirə atəş açıb.
Türkiyənin daxili işlər naziri hazırda hadisə yerindədir. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.publika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar