Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

AYB üzvündən Anara: "Neçə gənc nəsilin ömrünü yaşadınız" -ŞƏKİL

Tarix: 23-11-2019 21:39     Baxış: 2392 A- / A+
AYB üzvündən Anara: "Neçə gənc nəsilin ömrünü yaşadınız"


AYB üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu AYB sədri Anarın istefası ilə bağlı yazıb. O eyni zamanda açıqlamasında Yazıçılar Birliyində Anarın idarəçilik prinsipindən söz açaraq tənqidi fikirlərlə çıxış edib:


“Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim öz postunu gənc, kifayət qədər potensiallı kadrların ixtiyarına buraxmaq istəmir, heç vaxt da istəməyib. Bunu nəyinki onun AYB-də keçdiyi idarəçilik yolu, hazırkı durum belə açıq-aşkar göstərir.

Amma görəsən, Anar Rzayev (digər şəxsləri demirəm hələ) atası Rəsul Rzanın 28 yaşında AYB sədri seçilməsini, özünün isə 31 yaşında "Qobustan" jurnalına baş redaktor təyin edilməsini unudubmu? Bu Rəsul Rzanın, Anarın timsalında o dövrün gəncliyinə göstərilən etimad deyildimi?

Bəs özünə qarşı göstərilən o etimadı görən hörmətli Anar müəllim gəlin görək özü o etimadları təkrarlaya bildimi? Əsla yox! Bu günə qədər -28 illik sədrlik dönəmində nə Yazıçılar Birliyindəki məsul postları (sədr müavini, katib, bölmə rəhbəri), nə də AYB-nin tabeçiliyində olan heç bir orqanın məsul postlarını (baş redaktor, baş redaktorun müavini, şöbə müdiri) 28, 29, 30 yaşlı istedadlı gənclərə həvalə etmədi. Bu o demək deyil ki, 28 illik dönəmdə ədəbi mühitdə o postları həvalə ediləcək gənc kadrlar yox idi. Əsla! Var idi, indi də var. Bu sadəcə Anar Rzayevin gənclər siyasətindən uzaq idarəçilik prinsipi idi.

Ancaq daha vaxtdır!..Zaman və şərait indi 81 yaşlı Anar Rzayevdən kadr islahatları aparmağı yox, öz postundan istefa verməyi tələb edir.

Yol gəncliyindir, Anar müəllim! AYB-yə neçə gənc nəsil gəlib getdi. Neçə gənc nəsilin ömrünü yaşadınız. Daha sabahların qarşısını kəsməyin...və inanın, inanın ki, tarixin amansız yaddaşı var!...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar