Xəbər lenti
Onlar ömrünün yarısını icra başçısı olub – Kresloda ağaran saçlar
İqtidarın başlatdığı kadr dəyişiklikləri 20 ildən artıq icra başçısı vəzifəsini daşıyanların yeni kadrlarla əvəzlənməsilə ilə davam edə bilər.
Manevr.az xəbər verir ki, bu gün Azərbaycanda uzun müddət icra başçısı olanların sayı o qədər də az deyil. Bu sırada ilk olaraq Xocavəndin icra başçısı Eyvaz Hüseynovun adını çəkmək olar. O, eks-prezident Əbülfəz Elçibəyin 2 iyul 1992-ci il sərəncamı ilə bu vəzifəyə təyin edilib. Beləliklə, Eyvaz Hüseynov 27 ildir ki, (33 yaşından) icra başçısı vəzifəsini daşıyır.
20 ildən artıq icra başçısı olanlardan biri də Qobustanın rəhbəri Adil Məmmədovdur. 1994-ci ildən bu yana icra başçısı vəzifəsi daşıyır. Bu müddət ərzində o, 4 rayona rəhbərlik edib – Oğuz, Qəbələ, Biləsuvar, Qobustan.
Siyəzənin icra başçısı Novruz Novruzovun isə 24 illik stajı var. O ilk dəfə 1995-ci ildə icra başçısı vəzifəsinə təyin edilib. İlk rəhbərlik etdiyi rayon Lerik olub. Bundan sonra o daha 3 rayonun icra başçısı olub – Goranboy (2002-2007), Şabran (2007-20019), Siyəzən (2019-indiyə qədər).
Lənkəranın icra başçısı Taleh Qaraşov isə 23 ildir bu vəzifəni daşıyır. O, 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya icra başçısı təyin edilib. 2012-ci ildən isə Lənkəranın rəhbəridir.
Qubadlının icra başçısı Malik İsaqov bu sırada sonuncudur. O, 21 ildir icra baçısıdır və eyni rayona rəhbərlik edir.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar