Xəbər lenti
“Kəlbəcər Yolu” İctimai Birliy təsis edildi: Məqsəd doğma yurdun azadlığını sürətləndirməkdir
Uzun illərdi Ermənistan işğal altında saxladığı Kəlbəcər rayonundan olan bir qrup ziyalı doğma yurdun düşmən tapdağından azad edilməsi niyyəti ilə “Kəlbəcər Yolu” İctimai Birliyini təsis ediblər.
Qurumun yaradılmasında əsas məqsəd yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz ətrafında birləşdirməklə zəbt olunmuş torpaqların, o cümlədən Kəlbəcərin işğaldan tezliklə azad edilməsi uğrunda mübarizə aparmaqdı.
Birlikdən Manevr.az-a verilən məlumata görə, 30 ilə yaxındır işğal olunan ərazilərin danışıqlar yolu ilə qaytarılması cəhdlərinin uğursuzluğu artıq daha konkret addımların atılmasını zəruri edir. Bu dövrdə ermənilərin Kəlbəcər də daxil olmaqla işğal altındakı torpaqlarımızda rahatlıqla məskunlaşması göstərir ki, nəticəsiz danışıqlar yalnız onların həmin ərazilərdə möhkəmlənməsinə şərait yaradır.
İctimai Birlik torpaqların tez bir zamanda erməni tapdağından azad edilməsi üçün həm Azərbaycan hökuməti, həm də problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar qarşısında konkret təkliflər və tələblərlə çıxış etməyi planlaşdırır.
Sevinc Qərib,
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar