Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Rövşənin 70 yaşı tamam olur

Tarix: 15-12-2016 14:35     Baxış: 4462 A- / A+
Ramiz Rövşənin 70 yaşı tamam olur

Bu gün tanınmış şair, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşənin 70 yaşı tamam olur. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindən olan Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində doğulub.

Dəyərli şairimizi təbrik edir və xoş arzularımızı bildiririk. Manevr.az Namiq Dəlidağlının Ramiz Rövşənə ithaf etdiyi şeirini təqdim edir.

ŞAİRLƏRİ SOYURLAR...

(Nəsiminin ruhuna baş əyərək, Ramiz Rövşənin doğum gününə təbrik əvəzi)

Yenə də şairləri soyurlar,
ancaq ölənləri də var,
qalanları da...

Ölənlərin üzünü,
dilini soyurlar, keçinir...
Qalanların başını,
beynini, qolunu, qıçını,
böyrəyini...
(MƏDƏSİNƏ dəymirlər)
soyurlar yaşayır.

Qəribə burasıdı:
soyulanda gülənlər keçinir,
ağlayanlar yaşayır.

...Sonra dərilərinə
tüpürə-tüpürə sıralarına qoşurlar,
Itlərinə, pişiklərinə...
şeir yazdırmaq üçün.
Ad verirlər, mükafat verirlər,
dəri həmkarlığı başlayır.

...Xəlil Rzanı soydular, keçindi,
Eldar Baxışı soydular, keçindi,
Məmməd Arazı soydular, keçindi,
Akif Səmədi... soydular keçindi,
neçə ki dəymirlər qaç
bu diyardan,
soysalar öləcəkcən!

15.12.2006

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar