Xəbər lenti
Netanyahu Eldar Mahmudovun həbs "fərman"ını gətirib -Sabiq naziri ifşa edən sənədlər...
Eldar Mahmudov komandasına “yəhudi qulaqburması”
Netanyahunun səfəri sabiq nazirin həbsini tezləşdirə bilər
İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, Netanyahunu müşahidə edən MOSSAD yetkililəri Azərbaycan tərəfinə ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovu ifşa edən ciddi sənədlər təqdim edib.
İsrail kəşfiyyatının hazırladığı sənədlərdə E.Mahmudov komandasının qanunsuz əməllərini ifşa edən ciddi faktlar mövcuddur. Hansı ki, bu faktlar sabiq nazirin şəxsi maraqları naminə dövlətimizin milli maraqlarını zərbə altına qoyduğunu sübut edir.
Mənbənin sözlərinə görə, MOSSAD təmsilçilərinin təqdim etdiyi sənəddə E.Mahmudovun müxtəlif adlarla xarici ölkələrdə gizlənən agentləri ilə bağlı da müfəssəl məlumat mövcuddur. Sənədlərdə “MTN işi”ndən sonra Azərbaycana dönməkdən imtina edən və müxtəlif dövlətlərdən siyasi sığınacaq istəyən “qiyamkar diplomatlar”ların E.Mahmudov komandasının təlimatı əsasında hərəkət etdiyini təsdiqləyən faktlar var ki, bu da sabiq nazirin öz postundan uzaqlaşandan sonra da məkirli niyyətlərindən əl çəkmədiyini təsdiqləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar