Xəbər lenti
"Ərimin əmisi oğlu dedi ki, bir kəlmə "hə" de..." - Səni axtarıramda ŞOK ETİRAF

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, Türkan qəsəbə sakini Aidə İmanova həyat yoldaşı İmanov Aydın Sərvər oğlunun bir il öncə 7 saylı vərəm dispanserindən yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı itkin düşməzdən bir gün öncə palata yoldaşının telefonu ilə ailəsiylə əlaqə saxlayıb:
"Mənə yığanda dedi ki, harda olduğumu bilmirəm. Sonra biz dispanserə getdik, həmin nömrəylə əlaqə saxladıq. Nömrənin sahibi bildirdi ki, mən xəstəxanada deyiləm. Bu məsələdə həyat yoldaşımın əmisi oğlu Əliheybət İmanovdan şübhələnirəm".
A.İmanovanın səsləndirdiyi fikirlərdən sonra Ə.İmanov canlı efirə qoşulub. O, Aydın İmanovun itkin düşməmişdən iki il öncə öz qayınatasının bıçaqladığını açıqlayıb:
"Aidə getsin Aydının yerini öz atasından soruşsun. Mən heç nə bilmirəm. Mən Aydına həmişə kömək etmişəm, hətta onun uşağının Gürcüstana aparıb müalicə etdirmişəm".
A.İmanova isə, öz növbəsində, Əliheybət İmanovu ittiham edib:
"Mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Əliheybət Aydını tez-tez döyürdü".
Verilişin sonunda aparıcı X.Hidayətqızı Aydın İmanovun həyatda olduğuna inanmadığını bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar