Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev ABŞ səfirinin islamçıları və kommunistləri azad etmək xahişinə çox təəccübləndi” - Eldar Namazov

Tarix: 12-12-2016 17:12     Baxış: 7371 A- / A+
“Heydər Əliyev ABŞ səfirinin islamçıları və kommunistləri azad etmək xahişinə çox təəccübləndi”



































“Heydər Əliyevin siyasi hakimiyyəti də hələ davam edir. Bugünkü hakimiyyət də özünü onun varisi elan edib, onun kursunu davam etdirdiyini bildirir. Ona görə də, bu gün baş verənlər, hakimiyyətin atdığı addımlar da bu və ya başqa formada Heydər Əliyevlə bağlıdır. Proses başa çatmadığından bu mirasa qiymət vermək hələ tezdir”.

Manevr.az bildirir ki, bu sözləri prezident Heydər Əliyevin altı il köməkçisi olmuş Eldar Namazov Azadlıq radiosuna deyib.

Eldar Namazov Əliyevlə bağlı iki xatirəsini bölüşüb: «1994-cü ilin hadisələri, birinci OMON hadisələri baş verəndə mən çox təəccübləndim. Elə bir məqam yaranmışdı ki, hakimiyyətdə olanların bir çoxu Əliyev hakimiyyətinin devrildiyini düşünürdü. Mənə dedi ki, bu gün nazirlərə zəng edirəm, heç kim cavab vermir, nazirlər tapılmırdı. Hamı hadisələrin sonunu gözləyirdi. Belə bir inam vardı ki, OMON hakimiyyəti götürəcək, artıq ordu da OMON-a dəstək verirdi. Belə bir vaxtda özünü çox soyuqqanlı aparması məni təəccübləndirdi. Həmin gün azı 10 dəfə kabinetində oldum, söhbət etdim. Dediyim ki, hamı hakimiyyətin əldən getdiyini düşünürdü, heç bir nazir onun zənginə cavab vermirdi. Amma özünü çox soyuqqanlı aparması, dərhal mitinq təşkil etməsi, ictimai rəyi bir neçə saata dəyişməsi göstərdi ki, Heydər Əliyev təcrübəli, böyük siyasi fiqurdur».

“HEYDƏR ƏLİYEV AMERİKA SƏFİRİNƏ ELƏ TƏƏCCÜBLƏ BAXDI Kİ…”

Eldar Namazov danışıb ki, 1990-cı illərdə ABŞ səfiri Ricard Kozlariç Heydər Əliyevdən təcili görüş istəyib və bu zaman toxunduğu məsələlər dövlət başçısını təəccübləndirib. Səfir Azərbaycanda Kommunist Partiyasının ləğvinə və islamçıların həbsinə təəssüfləndiyini bildirib: “Səfir xahiş etdi ki, islamçıların həbsinə yenidən baxılsın, azad edilsinlər, bir də dedi ki, Kommunist Partiyasının ləğvi də düzgün deyil. Onda Əliyevin necə təəccüblə səfirə baxdığını gördüm. Sonra da başladı gülməyə ki, ağlıma gətirməzdim, ABŞ səfiri məndən islamçıların və kommunistlərin xahişini edəcək. Səfir də güldü, o dedi ki, sizin təəccübünüzü başa düşürəm, amma bizim ölkəmizin böyük təcrübəsi var, burdan bilirik ki, qadağalarla, həbslərlə nəyəsə nail olmaq mümkün deyil, islahatlar aparmaq lazımdır…”.

Qeyd edək ki, Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib.(Strateq.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar