Xəbər lenti
İrandan Azərbaycana daha bir XƏYANƏT
Mehridə azad ticarət zonası yaradılır
Azər Həsrət: “Bu avantüra ona hesablanıb ki, Ermənistan acından ölməsin”
Sədrəddin Soltan: “Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər”
İranın birinci vitse-prezidenti Əşaq Cahangiri və energetika naziri Həmid Çitçiyan Ermənistanın enerji infrastrukturu naziri Aşot Manukyanla görüşüblər. Tərəflər arasında Ermənistan - İran ticarət, iqtisadi münasibətləri müzakirə olunub və son illərdə yüksək inkişaf göstəricilərinin olduğu diqqətə çatdırılıb. Həmid Çitçiyan görüşdə İran və Ermənistan arasında və Ermənistan ərazisində azad ticarət zonasının yaradılacağı ilə bağlı məlumat verib: “Ermənistan ərazisində azad ticarət zonası yaradılacaq. Bunu nəzərdə tutan sənəd İran prezidenti Həsən Ruhaniyə verilib və imzalanıb”.
İranın Ermənistanla azad ticarət zonasını yaratmaq cəhdlərinin Azərbaycana yönəlik olması istisna deyil. Hələ Dağlıq Qarabağ müharibəsi dönəmindən Ermənistana istənilən formada yardım edən İran bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. İranın Rusiya ilə birlikdə məqsədinin Ermənistanı düşdüyü blokadadan çıxararaq, Azərbaycan qarşısında gücləndirməkdir. Hər iki müttəfiqi regiondakı tarazlığı düşmən ölkənin lehinə dəyişmək niyyətindədir.
“Azərbaycana qarşı hazırlanmış fitnədir”
“Yeddi Dövlət, Bir Millət” Konseyinin başqanı Azər Həsrət “Cümhuriyət”ə deyib ki, bu, “müsəlman qardaşlarımız”ın özlərinin əsl qardaşları ilə Azərbaycana qarşı hazırladıqları növbəti fitnəsindən başqa bir şey deyil. A.Həsrətin sözlərinə görə, biz uzun illər Ermənistanla Azərbaycan arasındakı problemlərin mövcudluğu dönəmində İranı Ermənistanı dəstəkləyən görmüşük: “Amma həmişə dindirəndə də deyirlər ki, “biz müsəlman qardaşlarıq”. Reallıqda isə bu gün Ermənistanı ayaqda saxlayan iki səbəbdən biri İrandır. Rusiya “böyük qardaş” olaraq Ermənistanı vassalı kimi əlinin altında saxlayır, İran da digər tərəfdən Ermənistanın soyuqdan donmaması, acından ölməməsi üşün əlindən gələni edir.
İndi azad ticarət zonasının yaradılması avantürası da ona hesablanıb ki, Ermənistan acından ölməsin. Bu, İranın mahiyyətini bir daha təsdiqləyir. İran Azərbaycana nə qədər “müsəlman qardaş” desə də bütün hallarda Ermənistanın yanındadır, onu müdafiə edir. Buna görə də Azərbaycanda İranın arxasınca sürünən kəsimlər bir daha götür-qoy etməlidirlər. İranın mövqeyini bəyənən hər kəs faktiki olaraq, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləmiş olur. Onlar durub, İran - Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi haqqında nağıllar danışmasınlar. İranın yanında olanlar elə Ermənistanın yanındadırlar, İran Ermənistan deməkdir. İndi İran növbəti avantüranı gündəmə gətirməklə Ermənistanı Azərbaycan qarşısında gücləndirmək istəyir”.
“Azərbaycana təzyiq vasitəsidir”
İran üzrə ekspert Sədrəddin Soltan “Cümhuriyət”ə bildirib ki, İran və Ermənistan arasında iqtisadi, ticari əlaqələr hər gün inkişaf edir, yeni mərhələyə girir. S.Soltan qeyd edib ki, tərəflər arasında azad ticarət zonasının yaradılması da bu günün mövzusu deyil, çoxdan var: “Zaman-zaman bu məsələ gündəmə gətirilir. Lakin son zamanlarda məsələ ətrafında aparılan müzakirələrin sayı çoxalıb. Ermənistan daxilindəki vəziyyət İranın diqqətini cəlb edir, digər yandan sanksiyalar da var. Yaxınlarda xəbər yayıldı ki, Ermənistandan İrana 2300 ton qoyun əti ixrac olunub. Ötən il bu rəqəm 681 ton idi. İran zaman-zaman həm Ermənistanla əlaqələrini inkişaf etdirir, həm də bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir”.(Cebhe.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar