Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Serj Sarkisyanı girov götürüb, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməliyik!" -sabiq millət vəkili

Tarix: 09-12-2016 10:22     Baxış: 1541 A- / A+
"Serj Sarkisyanı girov götürüb, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməliyik!"

Xocalıda, bütövlükdə Qarabağda xalqımızın başına gətirilən faciənin, törədilən soyqırımının iştirakçısı və bilavasitə səbəbkarlarından biri də Emənistanın indiki prezidenti Serj Sarkisyandır.

Azərbaycanın işğal olunmuş ərazilərinə tez-tez qanunsuz səfər edən, quldur dəstəsinə baş çəkən Serj, işğalçılıq mövqeyindən hələ də əl çəkmir.

Sabiq millət vəkili, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını qoruyan Müdafiə Komitəsinin sədri Əlövsət Ağalarov işğal olunmuş ərazimizə qeyri-qanuni səfər edən Serj Sarkisyanı girov götürüb, Dilqəm və Şahbazla dəyişməyi məqsədəuyğun sayır.
Manevr.az Əlövsət Ağalarovun bu barədə fikirlərini oxuculara təqdim edir:

“Artıq iki il yarımdır ki, öz dədə-baba torpaqlarına gedib ata-analarının qəbrini, iyirmi üç ildir düşmən tapdağında olan Kəlbəcəri ziyarət edən Dilqəm Əsgərovla, Şahbaz Quliyev qondarma qurumun qondarma "məhkəməsinin hökmü" ilə Şuşada işgəncə altında saxlanılırlar. Bu iki il yarımda Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, demək olar ki, bütün səlahiyyətli şəxslər, vətəndaş cəmiyyətinin üzvləri, girovlarımızın ailə üzvləri, millət vəkillərimiz, diplomatik korpusumuzun nümayəndələri və sıravi vətəndaşlarımız əllərindən gələn hər şeyi ediblər ki, bu mərd və vətənpərvər insanları azad etdirsinlər. Lakin düşmənimiz namərd, qeyri-insani keyfiyyətlərə malik olduğundan heç bir nəticə əldə olunmayıb. Bütün mümkün və qeyri mümkün vasitələrə əl atılıb, lakin təəssüf ki, soydaşlarımız hələ də murdar rejimin murdar caynağından xilas edilməyib.

Bu yaxınlarda qəlbi bu insanlarla döyünən bir qrup tanınmış ziyalı, millət vəkili, mətbuat nümayəndələri, hüquq müdafiəçiləri, QHT təmsilçiləri yığışıb daha bir addım atdı: Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını qoruyan Müdafiə Komitəsinin fəaliyyətini bərpa etdi və dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər göndərdi, beynəlxalq hüquq sahəsində tanınmış bir çox alimlərlə, o cümlədən, Ukraynadan olan akademik və iki professorla müzakirə apardı, demək olar ki, "yol xəritəsi" işlənilib hazırlandı. Bu istiqamətdə işlər davamlı olaraq aparılır və son nəticəyədək aparılacaq. Təbii ki, çətin duruma düşmüşük və buna rəğmən ümidimizi də itirməmişik.

İndi bu sətirləri yazarkən oxudum ki, Ermənistanın prezidenti, əli xalqımızın qanına batan quldur Sarkisyan bütün hüquq normalarını pozaraq qeyri-qanuni yolla, yeni qaçaqçılıqla ölkəmizə gəlib. Hal-hazırda Qarabağdadır. Düşünürəm ki, bundan yaxşı fürsət ələ düşməyəcək. Silahlı qüvvələrimiz, xüsusi xidmət orqanlarımız dərhal anti-terror əməliyyatı keçirib bu terrorçunu həbs edib, Dilqəm Əsgərov və Şahbaz Quliyevle dəyişdirməlidir. Ola bilsin ki, elə bu əməliyyat nəticəsində torpqlarımız və Dilqəmlə Şahbaz da azad olunsun! Beynəlxalq hüququn bütün maddələri bu əməliyyata əsas verir.

İndi söz sizindir, hörmətli Müdafiə nazirimiz-vətənpərvər və cəsarətli Zakir Həsənov. Vaxt itirməyin, rica edirik, yoxsa bu tülkü aradan çıxa bilər! Hər birimiz sıravi əsgər kimi qulluğunuzdayıq! Əmrinizi gözləyirik!!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar