Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Günün “qəhrəman”ına çevrilən Elmar Məmmədov kimdir? - ŞOK FAKTLAR

Tarix: 08-12-2016 21:29     Baxış: 5812 A- / A+
Günün “qəhrəman”ına çevrilən Elmar Məmmədov kimdir?

Bu gün gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, bu dəqiqələrdə rəsmən təqdiqlənməsə də həbs xəbəri yayılan Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük maraq doğurur.

Manevr.az “Qafqazinfo” onunla bağlı bəzi yeni məlumatları əldə edib.

İctimaiyyətin bu məsələyə diqqətini nəzərə alaraq Elmar Məmmədov haqda məlum olan və olmayan informasiyanı oxuculara təqdim edirik:

Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankın rəhbəri vəzifəsinə gətirilib.

Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

Günün “qəhrəman”ına çevrilən Elmar Məmmədov kimdir?

Onun eyni zamanda “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə quda olduğu da məlum olub. Elmar Məmmədov bu ilin yayında qızını Baba Rzayevin oğluna ərə verərək onunla qohum olub.

Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.

ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.

Günün “qəhrəman”ına çevrilən Elmar Məmmədov kimdir?

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb.

Ailəlidir, bir övladı var.

Qeyd edək ki, “Qafqazinfo”nun daha öncə yaydığı məlumata əsasən, Beynəlxalq Bankın sədrinin “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar