Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev o vaxt 4 naziri yanına çağırıb və...”

Tarix: 06-12-2016 22:15     Baxış: 5377 A- / A+
 “Heydər Əliyev o vaxt 4 naziri yanına çağırıb və...”


Bu gün parlamentdəki büdcə müzakirələrində çıxış edən millət vəkli Zahid Oruc hökumətin əhalı ilə kommunikasiya problemindən bəhs edərək, çox ibrətamiz bir tarixi hadisəni danışmaqla çıxışına başlayıb.

Deputat deyib: “Yaşadığımız dövrün mürəkkəb iqtisadi-sosial çağırışları qarşısında olarkən hər zaman Heydər Əliyevin idarəçilik stilinə və xalqla təmaslara nə dərəcədə üstünlük verdiyinin özündə əks etdirən bir hadisəni danışmaq istəyirəm. 2001-ci ildə Ulu Öndər səhhəti ilə bağlı Amerika səfərindən dönəndən sonra 4 naziri yanına dəvət edir və onlardan ölkədəki vəziyyətlə bağlı ətraflı məlumat alır. Məruzələrdən sonra üzünü maliyyə nazirinə tutan prezident əhali arasında çaşqınlıq yaradan bir neçə iqtisadi xarakterli qərarın nə üçün geniş izahının verilmədiyini soruşur və kütləvi rəydə mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verir.

Nazir dövlət başçısının tapşırığını yerinə yetirmək üçün 4 gün ərzində müxtəlif televiziya kanallarında müsahibələrlə çıxış edir, daha sonra o vaxtkı siyasi ənənəyə uyğun olaraq Yeni Azərbaycan Partiyasının qərərgahında mətbuat konfransı keçirərək geniş açıqlama ilə çıxış edir. Növbəti gün Heydər Əliyev nazirin diqqətinə çatdırır ki, bəli, verilən mesajlar və aydınlatmalar cəmiyyətə çatıb, insanlarda inam və əminlik hissi yaranıb və bir daha oxşar məsələlərdə xalqı məlumatalandırmağı birinci növbəli məsələyə çevirsinlər. Gətirdiyim misaldan da görünür ki, Heydər Əliyev kimi nəhəng insan informasiyanın gücünü dövlət idarəçilyinin ön yerinə qoymuşdu. İndi hökumət üzvlər bilməlidilər ki, onların yaratdığı informasiya vakuumunu ən yaxşı halda 3-5 ekspert doldurmağa çalışır, halbuki onların missiyası dövlətin bütün siyasətini şərh etməyə çatmır, ən pis halda isə həmin məlmat boşluğunu dedi-qodular, panikalar və şaiyələr tutur. Nəticədə iqtisadi fəallıqdan tutmuş dövlətin ən mühüm milli proqramlarına qədər vətəndaşın mənafelərinin təminatı üçün düşünlümüş siyasət haqqında təhrif olunmuş fikirlər ətrafımızda tüğyan edir. Ona görə hökumətin birinci vəzifəsi daim xalqın qarşısında olmaqdır. İstər həyatda, istərsə də ekranda!”

Zahid Oruc daha sonra büdcə vəsaitlərinin səmərəli xərclənməsi ilə bağlı Baş Prokurorluğun hazırda iki nazirlik ətrafında apardığı istintaq tədbirlərinin nəticəsindən öyrənməyə çağırıb. Deputat qeyd edib ki, büdcə vəsaitlərinin ünvansız və təyinatdankənar yönəlməsi üç səbəbdən baş verib: “Birinci növbədə hələ xərclər tərtib olunan zaman planlaşdırma dövründə xüsusi şişirtmələrə yol verilib. Nəticədə biz həmin qurumların xəyali tərtib olunan korrupsiya layihələrini sanki maliyyələşdiricinə çevrilmişik. İkincisi, böyük invesitisiya layihələrinin tendersiz yaxın çevrlərində yaratdıqları qurumlara veriblər. Üçüncüsü, həmin naziriliklər parlament, Maliyyə Nazirliyinin Nəzarət İdarəsi və Hesablama Palatası qarşısında faliyyətləri haqda cavadehlikdən və məsuliyyətdən çox asanlıqla kənarda qalacaqlarına və cəzasızlığa arxayın olublar. Ona görə də hökumət gələn ilin büdcəsini qənaət, yaxud konsolidasiya olunmuş maliyyə sənədi adlandırısa, onda ilk nöbbədə keçmiş uğurları qoruyub saxlamaq şərtilə maliyyə vəsaitlərinin mənimsənilməsinə qarşı effektli mexanizmlər işləyib hazırlamalıdır”.

Deputat daha sonra özəlləşmədən, vətəndaşların kredit borcları və maliyyə-bank sektorunda sabitliyin yaradılması yollarından, iri layihələrin səmərə verməsi üçün atıla biləcək addımlardan və xammal ixracına son qoymaq üçün büdcədə metal qrupu üzrə yer almış qızıl ixracındakı durumdan, həmçinin turizm sahəsində Gürcüstan və Azərbaycan arasındakı müqayisli durumdan bəhs edib.

Zahid Oruc sonda Dövlət Qulluğuna qəbul prosedurunun çətin olması səbəbilə gənc kadrların bir çoxunun diplomlarını Xarici İşlər Nazirliyində apostil etdirərək ölkədən getdiklərini diqqətə çatdırıb: “Axı, dövlət bir mühəndisin yetişməsi üçün nə qədər xərc çəkir və sabah biz o peşəkar insanlara ehtiyac duyanda onları xaricdən gətirməyə məcbur olacağıq"-, deyə deputat narahatlığını dilə gətirib. Zahid Oruc İlham Əliyevin lideri olduğu dövlətin qüdrətli olmasını hamı kimi ürəkdən istədiyini dilə gətirməyi unutmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar