Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nəsib NƏBİOĞLU: "Satanlar dağları elə satıb ki, zirvə düşmənindir, dərələr mənim" -ŞEİR

Tarix: 06-12-2016 19:52     Baxış: 4791 A- / A+
Nəsib NƏBİOĞLU: "Satanlar dağları elə satıb ki, zirvə düşmənindir, dərələr mənim"


Manevr.az dəyərli şairimiz Nəsib Nəbioğlunun göynək yerimiz olan, adı çəkiləndə dərindən ah çəkdiyimiz müqəddəs yurd yerimiz-Kəlbəcər tərəfə boylanıb yazdığı şeirini oxucularımıza təqdim edir. Kəlbəcərə qədər 80 km. məsafə qaldığını göstərən lövhə, illərdir ki, hər birimiz üçün gözdağına çevrilib. Arzu ediriki tezliklə həmin məsafəni sona qədər qət edək.

BURDAN KƏLBƏCƏRƏ ELƏ YAXINDI...

Burdan Kəlbəcərə elə yaxındı,
Bir göz qırpımında çıxıb gedərdim.
Toğana yolların necə çətinmiş,
Başımın üstünə ələndi dərdim.

Bir bulaq,bir çeşmə eşqinə düşüb,
Gəlib bu sulardan içməyə nə var?
Bir diliucu deyib,-Vətəndən ötrü,
Qanından, canından keçməyə nə var.

Qəlbində od olsa, dizində təpər,
Yağını, düşməni biçə bilərsən.
Burdan bu dağları aşmaq nədir ki,
Burdakı sədləri keçə bilərsən,

Əgər ki, dizində təpərin olsa,
Mayan tutulubca qeyrətdən bir az.
Qeyrəti, namusu olan kəslərin,
Torpağı satılmaz, yurdu basılmaz.

Satqının, namərdin yurdu yerində,
Onun ki, ocağı daha gur yanır.
Mənim yanagımda yaş gilə-gilə,
Dağın o üzündə küsgün gor yanır.

Perikə-perikə qınayır məni,
Babamın, atamın perik ruhları.
Vətəndən vətənə gedə bilmirəm,
Nələr eləmədi "yer allahları."

Vallah, bağışlamaz heç zaman bizi,
Biz ki, o yerləri atıb gəlmişik.
Babadan, dədədən qalan yurdları,
Düşmən torpağına qatıb gəlmişik.

Onlar o yerləri müqəddəs bilib,
Bir qarış torpağı dünya sandılar.
Əbədi bir səngər bilib dağları,
Zirvədən zirvəyə dolaylandılar.

Cilovlamaq olmur bu səbri daha,
Deyirlər səbrin də kasası olur.
Vətənsiz, dağlarsız yaşamaq olmur.
Daha səbrimizin kasası dolur.

Mən yaxşı bilirəm hər dağın, daşın,
Yolunun gizlisi, kəsəsi olur.
Zirvədən-zirvəyə kəmənd yolların,
Dərədən zirvəyə qısası olur.

Burdan Kəlbəcərə elə yaxındı...
Mən qartal deyiləm qıy vuram keçəm.
Sanardım daşları əridə billəm,
Baxıb görürəm ki, qorxağam, heçəm.

Bu yolu keçməyə cəsarətim yox.
Bu quşlar bir sərhəd tanıyan deyil,
Quşun nə vecinə, yuvasındadır,
Bu quşlar bizləri qınayan deyil.

İlahi, məndə ki qismətə bir bax,
Adi bir quş kimi fərəsətim yox.
Deyirdim bu dağlar böyüdüb məni,
Yoxsa bu dağlara məhəbbətim yox.

Burdan Kəlbəcərə elə yaxındı...
Bu yollar keçilməz, qayadı, daşdı.
Zirvələrə baxdım, özümə baxdım,
Xəyalım qəflətən ilişdi, çaşdı.

Apardı uzağa xəyallar məni,
Qəm aldı üstümü cığırda, düzdə.
İşə bax, ay allah, bu necə sirdir,
Xəyalım o üzdə, özüm bu üzdə.

Dedim dolaylanım yurduma sarı,
Gedim o yerlərə, baş vurum, dəyim.
Dözümlü dağların məğrurluğuna,
Bir səcdə eyləyim, başımı əyim.

Bəs necə adlayım, bəs necə keçim,
Yollarımı kəsən bu sədlər nədir.
O üzdə od tutur sönmüş ocaqlar,
Bu üzdə qəm, həsrət göynədir məni.

Qaçdıq, səpələndik dünya üzünə,
Qaçdıq, səpələndik dəli olmadıq.
Bir ana gözünü yaşı olmadıq.
Yad elin qoynuna sığındıq nədən,
Vətənin qayası, daşı olmadıq.

Burdan Kəlbəcərə elə yaxındı...
Burdan Kəlbəcərə getməyə nə var.
Gedib Kəlbəcərin bir qayasında,
Bir mamır, ot olub bitməyə nə var.

Cığırlar uzanır üzü yoxuşa,
Zirvəyə boylana-boylana qaldım.
Dərdimi, ahımı sinəmə sıxıb,
Dilqəmi üstündə sazımı çaldım.

Bir qaçqın əl atıb tutur qolumdan,
Üzündə bir qorxu, bir hürkü, təlaş.
Zirvəyə boylanma, zirvəyə baxma,
Çoxda zirvələrə boylanma qardaş.

İndi o zirvələr düşmən əlində.
İzləyir düşmənlər sinayperindən.
Həyatın məhv olar, bir an içində.
Bir anın içində ölə bilərsən.

Zirvəyə boylana-boylana qaldım,
Burada güllələr kəsilir qənim.
Satanlar dağları elə satıb ki,
Zirvə düşmənindir, dərələr mənim.

Burdan Kəlbəcərə elə yaxındı...
Bir göz qırpımında çıxıb gedərdim.
Toğana yolların necə çətinmiş,
Başımın üstünə ələndi dərdim.

Nəsib NƏBİOĞLU
Nəsib NƏBİOĞLU: "Satanlar dağları elə satıb ki, zirvə düşmənindir, dərələr mənim"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar