Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovdan Fuad Abbasovun həbsinə SƏRT REAKSİYA: Bu, nə biabırçılıqdır?!

Tarix: 21-05-2019 15:34     Baxış: 4376 A- / A+
Mübariz Mənsimovdan Fuad Abbasovun həbsinə SƏRT REAKSİYA: Bu, nə biabırçılıqdır?!


Dünən aldığım xəbər məni dəhşətə saldı.

Bunu Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsi ilə bağlı İnstaqram səhifəsində yazıb. O, hər zaman Fuad Abbasovu dəstəklədiyini bildirib:

“Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorçudur? Nə edib axı? Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular, yerin dibinə giriblər? Niyə belə oğullara sahib çıxmırlar? Diaspor deyirlər, hanı o diaspor? Niyə Azerbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib?”

M.Mənsimov qeyd edib ki, millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir:

“Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi. Niyə susuruq, niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm ki, Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”(axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar