Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Surət Hüseynov neft biznesinə başladı

Tarix: 25-11-2016 09:54     Baxış: 4220 A- / A+
Surət Hüseynov neft biznesinə başladı


Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlar əsasən Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur.

Manevr.az
xəbər verir ki, bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş Baş nazirinin şəxsi məlumatları ilə eynidir.

“Detaş Dış Ticaret Anonim Şirketi”nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik “Detaş Dış Ticaret Anonim Şirketi” Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.

Sabiq baş nazir Hüseynov Sürət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.

Surət Hüseynov 2016-cı ilin fevralın 5-də “Detaş Dış Ticaret Anonim Şirketi”nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmut Celal Derinkökü əvəzləyib.

Türkiyənin dövlət orqanları reysterində "Detaş Dış Ticaret Anonim Şirket"inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdi alınmayıb.

Surət Hüseynov neft biznesinə başladı


Surət Hüseynov 1993-cü il iyunun Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsində aparıcı rol aldıqdan sonra mərhum prezident Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.

Bir il sönra - 1994-cü iliin oktyabrın 7-də vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və "Milli Qəhrəman" adından məhrum edilməsi barədə qərar qəbul edib.

Bu qərardan sonra o, Rusiyaya qaçsa da, həbs olunaraq Azərbaycana ekstradisiya edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. O zamandan bəri mətbuatda Hüseynovun Rusiyada və Dubayda bizneslə məşğul olduğuna dair məlumatlar yer alırdı. Amma hələlik nə onun özü, nə də yaxınları ilə əlaqə saxlayıb Türkiydəki biznesə dair suallarımıza aydınlıq gətirə bilməmişik.Azadliq.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar